İran prezidentinin Avstriyaya səfəri təxirə salınıb | 1news.az | Xəbərlər
Dünya

İran prezidentinin Avstriyaya səfəri təxirə salınıb

00:02 - 30 / 03 / 2016
İran prezidentinin Avstriyaya səfəri təxirə salınıb

İran prezidenti Həsən Ruhaninin Avstriyaya martın sonlarına planlaşdırılmış səfəri təhlükəsizlik baxımından təxirə salınıb.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Avstriya prezidentinin dəftərxanasının məlumatında bildirilir.   

“Prezident dəftərxanası bildirir ki, İran prezidenti Həsən Ruhaninin 30-31 mart tarixlərinə planlaşdırılmış səfəri İran tərəfinin təşəbbüsü ilə təhlükəsizlik baxımından təxirə salınıb”, - deyə məlumatda bildirilir. 

1news.az

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər