UEFA U-17 Avropa çempionatının püşkatma mərasimi keçiriləcək | 1news.az | Xəbərlər
Futbol

UEFA U-17 Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

14:08 - 05 / 04 / 2016
UEFA U-17 Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

Aprelin 8-də, Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək.

1news.az-ın məlumatına görə, tədbirdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak edəcəklər.

Mərasimə giriş dəvətnamə ilə olacaq.

Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalında püşkatmanı televiziya vasitəsilə canlı izləmək üçün KİV nümayəndələrinə şərait yaradılacaq. Püşkatmadan sonra turnirin UEFA və Yerli Təkilat Komitəsinin rəhbərlərinin, çempionatda çıxış edəcək komandaların nümayəndələrinin iştirakı ilə brifinq təşkil olunacaq.

CBC Sport televiziya kanalında canlı yayım saat 12:00-da başlayacaq.

Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalı  saat 11:30-dan etibarən KİV nümayəndələrinin ixtiyarına veriləcək.

1news.az

 

Paylaş:
999

Son xəbərlər

Bütün xəbərlər