SOCAR bu il həyata keçirdiyi qazma işlərinin həcmini açıqlayıb
Cari ilin mart ayı ərzində Döclət Neft Şirkəti (SOCAR) tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9556 metr qazma işi həyata keçirilib.
1news.az-ın məlumatına görə, ümumiyyətlə, 2016-cı ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 26409 metr qazma işi görülüb.
Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olub.
Bundan əlavə, mart ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 10 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
1news.az
507