Ərdoğan: “Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişədə tərəf axtarsaq, ən vacib tərəf Rusiyadır ” | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişədə tərəf axtarsaq, ən vacib tərəf Rusiyadır ”

16:45 - 06 / 04 / 2016
Ərdoğan: “Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişədə tərəf axtarsaq, ən vacib tərəf Rusiyadır ”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Dağlıq Qarabağ məsələsində tərəf olduğunu bildirib.

1news.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, R. T. Ərdoğan bunu Ankarada 23-cü muxtarlar (yerli idarəçilər) toplantısında çıxışında deyib. O, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tərəfi olduğuna, Azərbaycanı müharibəyə təhrik etdiyinə dair Rusiyada səslənən ittihamlara cavab verib: “Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişədə tərəf aranacaqsa, ən önəmli tərəf Rusiyadır. Rusiya tərəf olmağı sevir. Ukraynadakı münaqişədə tərəf olub. Gürcüstanda tərəf olub. İndi də Suriyada tərəfdir. Rusiya “Suriya bizi çağırdı, ona görə getdik” deyir. Məni aldada bilməzsən. Niyə zalımın yanında yer alırsan? Məzlumun yanında yer al”. 

R. T. Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycanın atdığı addımları Ermənistan da atacaq: “Yaranmış duruma görə Ermənistan günahkardır”.

1news.az

Paylaş:
602

Son xəbərlər

Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər