Rasim Musabəyov Serj Sarkisyana: “Aman, qorxutdun!”
Ermənistanın qondarma “Dağlıq Qarabağı” tanımaq hədəsi mənasızdır.
Bu akt hüquqi cəhətdən “dəyərsizdir” və hüquqi nəticələrə malik olmayacaq, lakin münaqişənin sülh yolu ilə həlli prosesini pozacaq.
Dağlıq Qarabağda təmas xəttində tərəflər arasında ciddi məğlubiyyətlərdən sonra Serj Sarkisyan gücdən düşüb və mənasız hədələr yağdırır. Belə ki, o, Ermənistana qondarma “Dağlıq Qarabağla” bağlı hərbi razılaşmalar hazırlamağı tapşırıb, hətta bu separatçı fəaliyyəti “tanımaqla” da hədələyir.
Aman, qorxutdun...Heç bir müqavilə və razılaşma olmadan Ermənistan təxminən əsrin dörddə biri qədər Dağlıq Qarabağda və ona bitişin Azərbaycanın digər işğal edilmiş ərazilərində ekspedisiya korpusunu saxlayır, yerli quldur dəstələri ilə oranı idarə edir, burada həyasızcasına hərbi təlimlər keçir. Bu təlimlərdə hətta Serj Sarkisyan, müdafiə naziri – cinayətkar Seyran Ohanyan da iştiark edir. Sual olunur, əgər hansısa kağızı imzalamaqla bundan sonra nə edə biləcəklər?
Hazırda Ermənistan Dağlıq Qarabağda de-fakto olaraq özünün hüquqi, pul-maliyyə, gömrük və təhsil sistemini yayıb.
Dağlıq Qarabağda telefonlar Ermənistan prefiksi ilə yığılır, maşınlar erməni nömrələri sürülür, hətta oranın əhalisi xaricə erməni pasportları ilə səyahət edirlər. Yəni ki, həqiqətən də Dağlıq Qarabağ Ermənistanın daha bir əyalətinə çevrilib, həm də tamamilə qanunsuz olaraq. Belə olan halda İrəvanın qondarma “Dağlıq Qarabağı” tanımasında nə dəyişəcək? Xüsusən də ermənimeyilli Minsk qrupu Sarkisyan və Nalbandyana başa salacaq ki, bu “tanımanı” tənqid etmək və bu qərarı qeyri-konstruktiv və danışıqlara maneçilik törətməklə bağlı geri çəkmək məcburiyyətində qalacaqlar.
Son illərin təcrübəsi göstərir ki, hətta qərar möhtəşəm və nəhəng dövlətdən gəlsə belə, təktərəfli olaraq separatçı fəaliyyətin müstəqilliyinin tanınması bu akta qanunauyğunluq verməyəcək. Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Ankara qırx il Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət olaraq tanıdı, lakin heç bir nəticəsi olmadı. Moskva 2008-ci ildən Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyni” tanıdı, hətta Rusiyaya Venesuela, Nikaraqua və hansısa Vanuta da qoşuldu, lakin bu, akta legitimlik vermədi və beynəlxalq tanımaya gətirib çıxarmadı.
Buna görə də Serj Sarkisyan boş hədələr və mənasız qərarlar qəbul etmək əvəzinə, yaxşı olardı ki, Azərbaycanın işğal altında olan torpaqlarından öz ordusunun çıxacağı həqiqətini dərk edərdi, erməniləri buna hazır edərdi və münaqişənin sülh yolu ilə həll edilməsi üçün real danışıqlara başlayardı.
1news.az