Ölkəmiz FİFA-nın reytinqində 22 pillə gerilədi | 1news.az | Xəbərlər
Futbol

Ölkəmiz FİFA-nın reytinqində 22 pillə gerilədi

17:00 - 07 / 04 / 2016
Ölkəmiz FİFA-nın reytinqində 22 pillə gerilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

1news.az-ın məlumatına görə, planetin 209 komandasının yer aldığı siyahı ölkəmiz üçün uğursuz olub. Belə ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 22 pillə geriləyərək  269 xalla 134-cü pillədə qərarlaşıb.

Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər diqqət çəkir. Argentina ilk pilləni ələ keçirərək Belçikanın liderliyinə son qoyub.

Almaniya, İspaniya, Braziliya, Portuqaliya və İngiltərə yığmaları da mövqelərini əldən verib. Cənubi amerikalılar – Çili, Kolumbiya və Uruqvay isə Argentina kimi irəliləyib.

İlk “onluq”

1 (2). Argentina – 1532

2 (1). Belçika – 1352

3 (5). Çili – 1348

4 (8). Kolumbiya – 1337

5 (4). Almaniya – 1309

6 (3). İspaniya - 1277

7 (6). Braziliya – 1251

8 (7). Portuqaliya – 1184

9 (11). Uruqvay - 1158

10 (9). İngiltərə - 1069

1news.az

Paylaş:
877

Son xəbərlər

Bütün xəbərlər