İtaliyanın əfsanəvi futbolçusu Bakıya gəlir | 1news.az | Xəbərlər
Futbol

İtaliyanın əfsanəvi futbolçusu Bakıya gəlir

17:49 - 07 / 04 / 2016
İtaliyanın əfsanəvi futbolçusu Bakıya gəlir

Xəbər verildiyi kimi, aprelin 8-də, Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək.

1news.az-ın məlumatına görə, püşkatma mərasimində qonaq qismində İtaliya futbolunun tanınmış nümayəndəsi, Avropa çempionatının gümüş mükafatçısı, UEFA Çempionlar Liqasının, 5 dəfə İtaliya çempionatının və kubokunun, 3 dəfə İtaliya Superkubokunun qalibi olmuş, “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” ordeninin Kavaleri, karyerası ərzində “İnter”, “Fiorentina” kimi klubların formasını geyinmiş Françesko Toldo da iştirak edəcək.

1news.az

Paylaş:
874

Son xəbərlər

Bütün xəbərlər