Mart ayında BTC kəməri ilə 2,6 milyon tondan artıq Azərbaycan nefti nəql olunub
Bu ilin mart ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 623 min 733 ton Azərbaycan nefti nəql olunub.
1news.az-ın Dövlət Neft Şirkətinin (SOCAR) saytına istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 milyon 313 min 312 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il aprel ayının 1-ə qədər BTC-yə 299 milyon 988 min 701 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin mart ayında BTC kəməri ilə 440 min 162 ton Türkmənistan nefti nəql olunub.
1news.az
472