Avropa təsnifat turnirinə qatılacaq güləşçilərimizin adı açıqlanıb | 1news.az | Xəbərlər
İdman

Avropa təsnifat turnirinə qatılacaq güləşçilərimizin adı açıqlanıb

00:01 - 14 / 04 / 2016
Avropa təsnifat turnirinə qatılacaq güləşçilərimizin adı açıqlanıb

15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək.

1news.az-ın məlumatına görə, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın 6 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. 

Sərbəst güləş yarışlarında ölkəmizi Mahmud Məhəmmədov (57 kq) və Cəbrayıl Həsənov (74 kq), yunan-Roma güləşi yarışlarında Kamran Məmmədov (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşi yarışlarında isə İrina Netreba (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. 

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 11 vəsiqə qazanıb. Bunlardan 4-ü sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Turnirin proqramı:

15 aprel - 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma 
16 aprel - 58, 63 kq qadın, 74, 86 kq sərbəst, 75, 85 kq yunan-Roma 
17 aprel -  69, 75 kq qadın, 97, 125 kq sərbəst, 98, 130 kq yunan-Roma 

Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə 21:00-da başlayacaq.

1news.az

 

Paylaş:
767

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47
Bütün xəbərlər