Azərbaycanda vergi ilə bağlı şikayətlərin sayı azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda vergi ilə bağlı şikayətlərin sayı azalıb

18:32 - 14 / 04 / 2016
Azərbaycanda vergi ilə bağlı şikayətlərin sayı azalıb

2016-cı ilin birinci rübü ərzində vergi orqanlarına 24668 müraciət daxil olub. Onlardan 97,2%-i ərizə, 2,6%-i şikayət, 0,2%-i təklifdir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Vergilər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, müraciətlərin 54,4%-i müxtəlif arayışların alınması, 15,2%-i kameral vergi yoxlamaları, 8,3%-i vergi borcları, 2,1%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,8%-i vergi qanunvericiliyi, 1,0%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,2%-i korrupsiya hüquqpozmaları, 14,3%-i digər məsələlərlə bağlıdır.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 78,9%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin birinci rübü ilə müqayisədə 20,2%, ötən ilin dördüncü rübü ilə müqayisədə isə 41,4% azalıb.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 848 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin Respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, 25 fevral 2016-cı il tarixdə vergilər naziri tərəfindən Oğuz rayonunda 37 vətəndaş qəbul edilib.

1news.az

 

Paylaş:
620

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər