Yaponiyada zəlzələ qurbanlarının sayı 41 nəfərə çatıb - FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada zəlzələ qurbanlarının sayı 41 nəfərə çatıb - FOTO - VİDEO - YENİLƏNİB

19:31 - 16 / 04 / 2016
Yaponiyada zəlzələ qurbanlarının sayı 41 nəfərə çatıb - FOTO - VİDEO - YENİLƏNİB

Son iki gündə Yaponiyanın cənubunu silkələyən zəlzələlər nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb.

Bu barədə aprelin 16-da Kumamoto prefekturasının hakimiyyət orqanları məlumat verib.

Məlumatda qeyd edilir ki, iki mindən çox insan xəstəxanalara yerləşdirilib və onlardan 170-nin vəziyyəti çox ağırdır.

Xəbər verdiyimiz kimi, ötən gecə Yaponiyanın cənub-qərbini silsilə zəlzələlər baş verib və onlardan ən güclüsü 7,3 bal gücündə olub. Təbii fəlakət nəticəsində çoxsaylı dağıntılar və torpaq sürüşmələri qeydə alınıb. Meteoroloqların məlumatına görə, zəlzələnin afterşokları hələ bir neçə gün davam edə bilər.

Axtarış-xilasetmə əməliyyatlarında özünümüdafiə qüvvələrinin, polis və yanğınsöndürmə idarəsinin 20 mindən çox əməkdaşı iştirak edir.

Baş nazir Şinzo Abe ölkənin cənub-qərbində başlayan leysan yağışlar nəticəsində torpaq sürüşmələrinin artması təhlükəsi ilə əlaqədar sonrakı dağıntıların baş verməməsi üçün bütün qüvvələrin səfərbər edilməsi barədə göstəriş verib.

09:49

Yaponiyanın Kumamoto prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 9-a, yaralıların isə 760-a çatıb.

1news.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Tokioda mətbuat konfransında hökumətin baş katibi Yosixido Suqa bildirib.

Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeyd alınıb. 

Qeyd edək ki, 6,5 bal gücündə zəlzələ baş verdikdən bir müddət sonra ardıcıl olaraq  4,2, 4,5, 5, 5,7 və 6,4 bal gücündə afteşok qeydə alınıb. 

1news.az

0:07

Yaponiyanın Kumamoto prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 200 nəfər yaralanıb.

Yeraltı təkanlardan ən çox Masiki qəsəbəsi zərər çəkib. TNK telekanalı orada 20 binanın uçduğunu, yanğınların baş verdiyini və magistral yolunun sıradan çıxdığını bildirir.        

Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeyd alınıb.    

Qeyd edək ki,  6,5 bal gücündə zəlzələ baş verdikdən bir müddət sonra ardıcıl olaraq  4 baldan yuxarı afteşok qeydə alınıb.

Gazeta.ru

Paylaş:
988

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər