Ermənistan Müdafiə Nazirliyi hərbçilərlə ünsiyyətə məhdudiyyət qoyur | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan Müdafiə Nazirliyi hərbçilərlə ünsiyyətə məhdudiyyət qoyur

13:15 - 15 / 04 / 2016
Ermənistan Müdafiə Nazirliyi hərbçilərlə ünsiyyətə məhdudiyyət qoyur

Ermənistanın Müdafiə Nazirliyi erməni silahlı qüvvələrinin hərbçiləri ilə istənilən ünsiyyət saxlanılmasına məhdudiyyətlər qoyur.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda aprelin 15-də, cümə günü “Sputnik Armeniya” agentliyi məlumata yayıb.

Məlumatda qeyd olunur ki, “məhdudiyyətlər hərbçilərin xidmət zamanı təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirirlir”.

“Ermənistanın Müdafiə Nazirliyi hərbçilərin təklükəsizliyinin qorunması məqsədilə telefon və ya internet vasitəsilə hərbi xidmətlə bağlı məsələləri müzakirə etməməyə çağırır, bu, yayılmış video-müraciətdə bildirilir”.

“Həmçinin təhlükəsizlik məqsədilə qohumlar və hərbçilər arasında da ərbi xidmətlə bağlı məsələləri müzairə etməyə məhdudiyyətlər qoyulur. Əmin olun ki, ilk fürsətdə vətən keşikçiləri özləri sizlərlə əlaqə saxlayacaq”, - Ermənistan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Bununla belə, erməni tərəfinin bu cür radikal addım atmasına, əsgərləri cəmiyyətdən təcrid etməsinə nə vadar etdiyi dəqiqləşdirilmir.

Ola bilsin ki, Azərbaycan tərəfinin erməni hərbi qurumuna uğurlu kiber-hücumunun nəticəsidir. Belə ki, daha əvvəl Azərbaycan Silahlı Qüvvələri “erməni pilotsuz uçan aparatını” cəbhə bölgəsində uçduğuna görə məcburi endiriblər.

“Cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Silahlı Bölmələri tərəfindən xüsusi üsulla endirilib”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin 7 apreldə yaydığı məlumatda qeyd olunur.

1news.az

Paylaş:
1160

Son xəbərlər

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10
Bütün xəbərlər