Dohada neft hasilatının “dondurulması” ilə bağlı müzakirələr gərgin keçir | 1news.az | Xəbərlər
Dünya

Dohada neft hasilatının “dondurulması” ilə bağlı müzakirələr gərgin keçir

21:13 - 17 / 04 / 2016
Dohada neft hasilatının “dondurulması” ilə bağlı müzakirələr gərgin keçir

Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin müzakirəsi gərginləşib.

Səudiyyə Ərəbistanı razılaşma sənədinə əlavə maddə artırmağı təkidlə tələb edir. Həmin maddədə göstərilir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan bütün dövlətlərin neft hasilatını “dondurmaq” haqqındakı razılaşma sənədini imzalaması mütləqdir. Lakin İran OPEC üzvü olsa da, Doha görüşündən əvvəl bəyan edib ki, hasilatı dondurmayacaq. İranın neft naziri Bijən Namidar Zəncənə Doha görüşü ərəfəsində bildirib ki, İran hasilatı “dondurmaq” haqqındakı sənədi imzalamayacaq. Ona görə də İranın Doha görüşlərinə qatılmasına ehtiyac yoxdur.

Səudiyyə Ərəbistanını Doha görüşündə təmsil edən şahzadə Məhəmməd bin Salman jurnalistlərə müsahibəsində deyib: “... biz neftin qiymətinin yüksəlməsinə çalışmırıq. Bu problem iqtisadiyyatı neftdən asılı olan dövlətlərin problemidir. Bunun bizə aidiyyəti yoxdur. Bizim dövlət proqramında neftin qiymətinin yüksəldilməsi nəzərdə tutulmayıb”. Şahzadə onu da vurğulayıb ki, əgər OPEC-ə üzv olan bütün ölkələr, ilk növbədə, İran hasilatı “dondurmağa” razılıq versə, onda Səudiyyə Ərəbistanı da bu təşəbbüsə qoşular.

Səudiyyə Ərəbistanının belə mövqe nümayiş etdirməsi müzakirələrin uzanmasına səbəb olub.

Paylaş:
518

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər