Azərbaycan Premyer Liqası: “Zirə” və “AZAL”dan minimal hesablı qələbə | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan Premyer Liqası: “Zirə” və “AZAL”dan minimal hesablı qələbə

21:14 - 17 / 04 / 2016
Azərbaycan Premyer Liqası: “Zirə” və “AZAL”dan minimal hesablı qələbə

Aprelin 17-də keçirilən iki matçla futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turuna yekun vurulub.

Günün ilk qarşılaşmasında “Zirə” komandası evdə autsayderlər qrupunda yer alan “Xəzər Lənkəran”ı Bonillanın 63-cü dəqiqədə vurduğu yeganə qolla məğlub edib.

Günün ikinci oyunu isə Şüvəlanda keçirilib. “AZAL” doğma meydanda “Sumqayıt”dan üstün olub- 1:0. Matçın yeganə qolunu 38-ci dəqiqədə Tural Hümbətov vurub. Bu qələbədən sonra “AZAL” xallarının sayını 42-yə yüksəldib və altıncı sıradakı mövqeyini möhkəmləndirib. “Gənclik şəhəri”nin təmsilçisi isə 29 xalla səkkizinci pillədə qərarlaşıb.

Paylaş:
1223

Son xəbərlər

Bütün xəbərlər