Mübariz Əhmədoğlu: “İndiki müharibəyə təkcə Ermənistan deyil, həm də həmsədrlər məsuliyyət daşıyır. Müharibə isə qaçılmazdır” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “İndiki müharibəyə təkcə Ermənistan deyil, həm də həmsədrlər məsuliyyət daşıyır. Müharibə isə qaçılmazdır”

14:13 - 19 / 04 / 2016
Mübariz Əhmədoğlu: “İndiki müharibəyə təkcə Ermənistan deyil, həm də həmsədrlər məsuliyyət daşıyır. Müharibə isə qaçılmazdır”

Dağlıq Qarabağ münaqişəsi regionunda dörd günlük müharibənin parametrləri çox təsirlidir və uzun müddətə həlledici olacaq.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələri şərh edərkən deyib.

Azərbaycanın özünün təkbaşına siyasətinin və hərbi quruculuğunun hesabına qalib gəldiyini deyən politoloq Türkiyə, İran və Gürcüstan kimi qonşu ölkələrin yalnız neytral qaldıqlarını söyləyib. Onun sözlərinə görə, beynəlxalq aləmdə müstəqil siyasət aparmağı bacaran, iri iqtisadi layihələr reallaşdıra bilən imici qazanmış Azərbaycan həm də hərbi qələbəni reallaşdırmağı bacaran imicin bünövrəsini qoydu:

“Azərbaycan ordusu heç bir səfərbərlik elan etmədən bu qələbəni qazandı. Bu ordunun özünə inamının göstəricisidir. Eləcə də Azərbaycan ordusu heç bir xarici dövlətdən kömək istəmədi. Hərbi əməliyyat Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə hərbi əlaqələri ən az intensivli dövründə reallaşdırıldı.

Ermənistanın isə hərbi imicinin dağılması prosesi başladı. İndiki şəraitdə bu çox vacibdir. Ermənilər müstəqil dövlət qura bilməyib, ermənilər iqtisadi bacarıqlarının olmadığını nümayiş etdirdilər. Hal-hazırda bu dövlətin 7 milyard dollar ətrafında borcu var. Əmək qabiliyyətli əhali ölkəni tərk edir. Belə vəziyyətdə sübut olundu ki, ermənilər döyüşməyi də bacarmırlar. Özünü öyən erməni hərbçilərinin atdığı toplardan üçü hətta İranın ərazisinə düşmüşdü”.

Bir neçə gün davam edən döyüşlər zamanı Azərbaycanın hərbi-coğrafi mövqeyini xeyli yaxşılaşdırdığını deyən M.Əhmədoğlu bildirib ki, əldə olunan ərazilər və yüksəkliklər Ermənistan üçün daha ciddi məğlubiyyətləri qaçılmaz edib:

“1994-cü ildə şübhəli imzalanmış atəşkəs müqaviləsi ömrünü başa vurdu. Əslində bu heç müqavilə də deyildi. Moskvada oturmuş bir vəzifəli şəxsin faksına Ermənistandan iki, Azərbaycandan isə bir faksla göndərilmiş mətn yığını idi. İndi isə Ermənistan qorxusundan dərhal müdafiə nazirinin müavini, baş qərargahın rəisi Y.Xaçaturovu Moskvaya göndərdi. Atəşkəs rejiminin hüquqi vəziyyətini tənzimləyən yeni müqavilə imzalandı. Bu müqaviləni Azərbaycan və Ermənistan rəsmiləri imzaladılar. Ermənistan heç Qarabağın adını çəkə bilmədi.

Müharibə variantı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə metodu kimi legitimləşdi.

Ermənistan belə vəziyyətə zərrə qədər hazır deyildi. Prezident S.Sərkisyanın atdığı addımlar göstərir ki, Ermənistanın əlavə heç bir maliyyə, siyasi və hərbi resursu yoxdur”.

Ermənistan rəhbərliyinin dinc danışıqları inkar etməsinə və Qarabağda hərbi gücünü artırmasına toxunan politoloqun sözlərinə görə, dörd günlük müharibədən sonra Ermənistanın davranışında iki istiqamət diqqəti çəkir:

“Ermənistan hərbi aktivliyə yeni stimul verib: a) Rusiyadan alınması nəzərdə tutulan silahların Ermənistana gətirilməsi prosesini sürətləndirməklə bağlı qərar qəbul edildi. b) Dağlıq Qarabağa çoxlu sayda keçmiş döyüşçülər göndərilir. Ermənistanın müdafiə nazirliyi keçmiş döyüşçülərə silah verir. c) Ermənistanın daxilində olan bəzi hərbi qüvvələr də artıq Dağlıq Qarabağın ərazisinə gətirilib. ç) Ermənistan polisinin, yəni Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri də artıq Dağlıq Qarabağda yerləşdirilib. Belə vəziyyətdə Ermənistanın hərbi proseslərə üstünlük verməsi Ermənistanın davranışını xarakterizə edən ən əsas elementdir.

Digər tətərəfdən Ermənistan dinc danışıqları inkar etmək siyasətin aktivləşdirdi. Dinc danışıqlara münasibətdə Ermənistan aşkar şəkildə yalanlar danışır. Heç kəsə sirr deyil ki, danışıqlar prosesi qəbul edilmiş Madrid prinsiplərinin yenilənmiş variantı üzrə aparılır. Bu variantdan başqa bir variant həmsədrlərin dilindən heç vaxt hallanmayıb. E.Nalbandyan Ermənistanın İctimai televiziyasına müsahibə verərkən danışıqların Kazan sənədi ətrafında getdiyini açıqladı və arqument kimi göstərdi ki, Kazan görüşünün sənədləri Vyanada arxivə verilməyib. Ona görə, danışıqlar stolun üstündə qalan yeganə sənəd Kazan sənədidir. Kazan görüşünün sənədlərinin arxivə verilməməsi mümkündür. Əgər E.Nalbandyan düz deyirsə, bu, həmsədrlərin dinc tənzimləməni inkar etməkdə yardımının daha bir faktı kimi qəbul edilməlidir. Kazan görüşünün sənədini ATƏT-in Minsk qrupunun həmsədrləri tamamlayıb arxivə verməli idi. ATƏT MQ həmsədrləri bu işi etməyiblər.

Kazan görüşünün əsas mahiyyəti iki Madrid sənədinin arasında ortaq məxrəcin tapılması idi. Bəllidir ki, 2008-ci ildə Madrid prinsipləri deyilən sənəd ortalığa qoyuldu. 5 maddədən olan bu sənəddə birinci maddə Dağlıq Qarabağ münaqişəsi regionuna sülhməramlıların gətirilməsindən ibarət idi. Bu deməkdir ki, qoşunların yerləşdiyi indiki ərazilərdə sülhməramlılar yerləşdirilir. Bir neçə aydan sonra Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü və birbaşa təşkilatçılığı ilə Madrid prinsipləri üzərində ciddi iş aparıldı və 2009-cu il iyunun 10-da İtaliyanın Akvil şəhərində Madrid prinsiplərinin yenilənmiş variantı ortalığa qoyuldu. Yenilənmiş Madrid prinsipləri preambula, 6 maddə və rezümedən ibarət sənəddir. Bu sənədin 6 maddəsinin hazırlanması Helsinki Yekun Aktının üç prinsipinə əsaslanıb. 1-ci maddə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması, 2-ci maddə Dağlıq Qarabağ ermənilərinə aralıq statusunun verilməsi, 3-cü maddə Ermənistandan Dağlıq Qarabağa olan dəhlizin müəyyənləşməsi, ... və s”.

M.Əhmədoğlunun sözlərinə görə, 2008-ci ildə təqdim olunan Madrid prinsipləri erməniləri qane etdiyi halda, Azərbaycanı qane etmədi. 2009-cu ilin Yenilənmiş Madrid Prinsiplərini isə Azərbaycan qəbul etdi. Bir müddətdən sonra Ermənistanda Yenilənmiş Madrid prinsiplərinə razılıq verdi:

“Amma Ermənistan Yenilənmiş Madrid Prinsiplərində variantı öz xeyrinə dəyişmək üçün müxtəlif metodlar axtardı. Bu zaman Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2008-ci ildə həmsədr ölkələrin XİN rəhbərləri tərəfindən təqdim olunmuş Madrid prinsipləri ilə 2009-cu ildə həmsədr ölkə prezidentlərinin təqdim etdiyi Yenilənmiş Madrid Prinsipləri arasında ortaq məxrəc yaratmaq məsələsini ortalığa qoydu və bunun üçün də Kazanda görüş keçirildi. Kazan görüşünün güclü ictimai-siyasi, informasiya dəstəyinin olmasına baxmayaraq Kazan görüşündə uğur əldə olunmadı. Çünki son anda Lavrov və Nalbandyan Kazan görüşündə ortalığa çıxarılan sənədin məzmununu xeyli dəyişmişdi. Sənədin məzmununu əvvəlki razılaşdırılmış ortaq varianta qaytarmaqdan ötrü Azərbaycan Prezidenti 10 dəyişiklik təklif etdi. Ermənistan 10 dəyişikliyi qəbul etmədi və 10 dəyişikliyi geri çəkməyənədək Azərbaycan tərəfi ilə heç bir danışığın olmayacağını bildirdi. Lakin bir müddətdən sonra Ermənistan öz sözünü geri götürdü.

İndi də hal-hazırda Ermənistan ictimaiyyətində Yenilənmiş Madrid Prinsipləri gündəliyə gəlməsi fonunda E.Nalbandyan Kazan sənədini ortalığa qoyur. Yenilənmiş Madrid Prinsiplərinin qəbul edildiyi isə Levon Ter-Petrosyan S.Sərkisyanla görüşdən sonra açıqladı və bildirdi ki, o sənəddə həm ətraf ərazilərin Azərbaycana qaytarılması, həm də sülhməramlıların yerləşdirilməsi məsələləri var. Levon Ter-Petrosyanın bu fikrini isə E.Nalbandyan İctimai televiziyaya verdiyi müsahibədə inkar etdi. Əslində, bu təkcə L.Ter-Petrosyanın dediyi həqiqətin inkarçılığı deyildi. Bu Ermənistanın dinc danışıqlardan imtinası demək idi.

Ermənistanın dinc danışıqlardan imtinası həmsədrlərin iştirakı ilə baş tutur. Çünki Kazan sənədi ilə bağlı E.Nalbandyanın dediyi fikir bu vaxta qədər həmsədrlər tərəfindən dəyərləndirilməyib. Məsələni xüsusi qabardan odur ki, E.Nalbandyana cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyi bildirdi ki, ortalıqda Yenilənmiş Madrid Prinsiplərindən başqa heç bir sənəd yoxdur. Beləliklə, iki ölkənin rəsmi mövqeləri arasında çox konkret məsələlərdə ciddi fikir ayrılığı var. Həmsədrlər isə susur. Ona görə demək olar ki, indiki müharibəyə təkcə Ermənistan deyil, həm də həmsədrlər məsuliyyət daşıyır. Müharibə isə qaçılmazdır”.

M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların aktiv dövründə İranın mövqeyinə də diqqət çəkərək bildirib ki, erməni ekspertlər Dağlıq Qarabağ məsələsində İranın rəsmi mövqeyinə inanmırdılar. Onların fikrincə, İran ritorikada Azərbaycanın, reallıqda isə Ermənistanın mövqeyini dəstkləyir:

“Fakt və arqumentlər İranın həmin dövrdəki fəaliyyətini nümayiş etdirir:

ı. İran prezidentinin siyasi işlər üzrə müavini Həmid Əbutalibi sülhə çağırış etdi və Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsi məsələsini aktuallaşdırdı.

ıı. İranın Xarici İşlər Nazirliyi sülhə çağırış etdi və hər iki tərəfi bərabər tutdu.

ııı.İranın prezidenti Azərbaycan Prezidentinə telefon açaraq hərbi əməliyyatların davam etməsindən narahatlığını bildirdi. Hərbi əməliyyatların dayandırılmasını gündəliyə gətirdi.

ıv. Alternativ strateji müttəfiq axtarışı Ermənistanda ən aktual mövzuya çevrilib. Alternativ siyasi müttəfiq qismində Ermənistanın siyasi elitası yalnız İranı görür. İndi Ermənistan başa düşür ki, ABŞ, Aİ və Rusiya Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi ilə hesablaşır. Ona görə, ermənilərin bütün diqqəti İranın üzərinə yönəlib.

v. Ermənistan prezidenti S.Sərkisyan Almaniyaya səfər edərkən Dağlıq Qarabağ münaqişəsi regionunda sülhməramlıların yerləşdirilməsini aktuallaşdırdı. Almaniya ABŞ-ın Avropadakı ən vacib müttəfiqlərindəndir, NATO-nun bütün ən böyük hərbi bazalarının mövcud olduğu Avropa ölkəsidir. NATO bazalarının bəziləri Almaniyanı tərk etsə də bəziləri fəaliyyətdədir və digər dövlətlərə göndərilən hərbçilər hazırlamaqla məşğuldur. İran buna da reaksiya vermədi. İran həmişə Dağlıq Qarabağ münaqişəsi regionunda sülhməramlıların yerləşdirilməsinin əleyhinə olub. İranda belə fikirləşirdilər ki, guya Azərbaycan sülhməramlı adı ilə ABŞ və NATO qoşunlarını İranla sərhəddə gətirmək istəyir.

vı. İranın enerji naziri Həmid Citciyan Ermənistana səfər etdi, dörd tərəfli görüşdə iştirak etdi. Görüşün vaxtı dəyişdirilsə də iranlı nazir öz planını dəyişdirmədi. Rusiya naziri cəmi bir neçə saat Ermənistanda oldu və Ermənistanda olarkən A.Novak azərbaycanlı həmkarı Natiq Əliyevə zəng etdi. Gürcüstanın energetika naziri ümumiyyətlə Ermənistana səfər etmədi, müavinini göndərdi və o da bir neçə saat oldu. Amma İranın naziri Həmid Citciyan iki gün Ermənistanda qaldı. İndiki dövrdə Ermənistan siyasi dəstəyə ciddi ehtiyac hiss edir.

vıı. Ermənistan hərbçilərinin atdığı 3 raket İran ərazisinə düşdü. Ermənistan tərəfi bu raketləri ola bilər, İranın ərazisinə bilərəkdən atıb. Amma İran sadəcə xəbərdarlıqla kifayətləndi.

vııı. İranın azərbaycanlılar yaşayan quberniyalarının İmamcümələri guya Dağlıq Qarabağ münaqişəsi regionunda Amerika hərbi baza yerləşdirəcək adı ilə əhali arasında təbliğat apardılar.

ıx. Dağlıq Qarabağ münaqişəsi regionunda müharibə zamanı İran İranın Ali rəhbəri bir neçə dəfə (İtaliya baş naziriM.Rentsi , Qazaxıstan prezidenti N.Nazarbayevlə görüş və s) dəfələrlə İslam birliyinə, İslam-Xristian qarşıdurmasında Xristian dünyasının səhv mövqedə olması ilə bağlı bəyanat verib”.

M.Əhmədoğlu Avropa İttifaqının (Aİ) Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki roluna da toxunaraq sözügedən qurumun öz fəaliyyəti ilə əslində Ermənistanda separatçılığı gücləndirdiyini söyləyib:

“Aİ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində sülhməramlı mühitin yaradılmasına, dialoq rejiminin qurulmasına xidmət edən çoxlu qrant layihələrini maliyyələşdirib. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında humanitar əlaqələrin işlək vəziyyətə düşməsi adı ilə hər iki tərəfdən bir qrup QHT təmsilçilərinin iştirakı ilə çoxsaylı tədbirlər keçirirdi. Bu tədbirlərin əksəriyyətində Aİ rəsmiləri aşkar və ya gizli yolla Dağlıq Qarabağ ermənilərinin iştirakına da şərait yaradırdılar. Bununla da Aİ təmsilçiləri Azərbaycan QHT-lərini inandırırdı ki, Dağlıq Qarabağ erməniləri Azərbaycana yaxınlaşır.

Amma dörd günlük müharibə Azərbaycanda və Ermənistanda Aİ layihələrində iştirak edən QHT təmsilçilərinin iç üzünü açdı. Azərbaycan hüquq-müdafiəçiləri müharibədən əvvəl nə fikirdə idisə, müharibədən sonra da həmin fikirdə qaldılar. Amma erməni sülh carçıları müharibə quzğunlarına çevrildilər. Ermənistanın məqsədi ümumilikdə Cənubi Qafqazın və onun ən əsas dövləti olan Azərbaycanın inkişafını tormozlamaqdır. Ermənistan Azərbaycanın əleyhinə iri dövlətlərin əlində alət olduğunu bilə-bilə həmin sülh carçıları Ermənistanın alət olma istiqamətindəki fəaliyyətlərini ortalığa qoydular. Ermənilərin hələ 1859-cu ildən Rusiyanın əlində Azərbaycanın əleyhinə olması barədə yazı yazan erməni QHT təmsilçisi adını və familiyasını gizlətdi.

Avropa təmsilçilərinə həmişə çatdırılıb ki, Ermənistan heç vaxt səmimi və real tənzimləməyə hazır deyil. Aİ təmsilçiləri Azərbaycana deyil, Ermənistana inanıblar. Aİ-nin Ermənistandakı təmsilçisi P.Svitalski yenidən bu sahəyə qrant ayıracaqlarını bildirdi.

İndi bir tövsiyəmiz var. Aİ-nin qurumları bu vaxta qədər Ermənistana Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə xidmət edən qrant layihələrinin monitorinqini aparsınlar. Hər halda avropalılar başa düşəcəklər ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə qarşı hörmətsizlik nümayiş etdiriblər”.

1news.az

Paylaş:
850

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər