AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:
15 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXX turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 61-ci dəqiqəsində “Rəvan” klubunun 3 №-li futbolçusu Saşa Yunisoğlu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 1000 manat cərimə olunur(maddə 62).
16 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXX turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
“Neftçi” – “Qarabağ” matçının 23-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Ruslan Qurbanov sarı vərəqə ilə cəzalanmışdır.
“Neftçi” klubu bu epizodla bağlı İntizam Komitəsinə müraciət ünvanlayaraq öz etirazlarını bildirmişlər.
İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:
Oyunun 23-cü dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu Ruslan Qurbanova Simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunur (maddə 19) .
16 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXX turunun AZAL – “Sumqayıt” matçında AZAL və “Sumqayıt” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).
14 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
15 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun “Kəpəz” – “İnter” matçında “Kəpəz” klubunun 11 №-li futbolçusu Zahid Sadıxov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
16 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
14 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXII turunun “Şərurspor” – MOİK matçının 65-ci dəqiqəsində “Şərurspor” klubunun 15 №-li futbolçusu Əbülfəz Hacıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
14 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXII turunun “Energetik” – “Şahdağ” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
14 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXII turunun “Göyəzən” – “Ağsu” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
14 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXII turunun “Qaradağ Lökbatan” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 90+1-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 16 №-li futbolçusu İmran Təhmirazlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur(maddə 48).
FIFA 11.04.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirmişdir. Belə ki, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu George Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edir:
1. Azərbaycan birinci divizionunda çıxış edən "Bakı" FK-nın cari mövsüm aktivindən 6 xal silinsin.
13 aprel 2016-cı il U-19 Liqasında “Kəpəz” – “Sumqayıt” matçının 68-ci dəqiqəsində “Kəpəz” klubunun 11 №-li futbolçusu Eltac Mirzəyev və “Sumqayıt” klubunun 5 №-li futbolçusu Saday Rəhimli bir-birilərini təhqir etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər iki futbolçu 3 oyun cəzalanır(maddə 42.3).
14 aprel 2016-cı il U-16 Liqasının “Xəzər Lənkəran” – “Kəpəz” matçının 20-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Seymur Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
14 aprel 2016-cı il U-16 Liqasının “İnter” – “Bakı” matçının 47-ci dəqiqəsində “Bakı” klubunun 6 №-li futbolçusu Elmir Kərimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
10 aprel 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Ulduz” – “Laçın” FK matçının 16 - cı dəqiqəsində “Laçın FK” klubunun məşqçisi Elsevər Məmmədov hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).
15 aprel 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin İFFA – “Yeni Günəşli” matçının 30-cu dəqiqəsində “Yeni Günəşli” klubunun 3 №-li futbolçusu Aleksandr Şarkon ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17 aprel 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Olimpik Star” – “Kəpəz” matçında “Kəpəz” klubunun iştirak etməməsinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
17 aprel 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Atletiko Baku” – “Təbriz” matçının 22-ci dəqiqəsində “Təbriz” klubunun 10 №-li futbolçusu İlqar Qazıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
17 aprel 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “R.R Club” – “İTV” matçının 47-ci dəqiqəsində “R.R Club” klubunun 10 №-li futbolçusu Pərviz Mustafayev öz komanda yoldaşın təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır(maddə 42.1).
1news.az