Baş katib Məşqçilər Komitəsi ilə görüşüb | 1news.az | Xəbərlər
Futbol

Baş katib Məşqçilər Komitəsi ilə görüşüb

13:41 - 21 / 04 / 2016
Baş katib Məşqçilər Komitəsi ilə görüşüb

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.

1news.az-ın məlumatına görə, Məşqçilər Komitəsinin üzvləri Mingəçevir şəhərində  divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, I divizion və Topaz Premyer Liqası barədə ümumi fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan U-15 yığmasına baş məqşçi təyinatı da müzakirəyə çıxarılıb. Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.

1news.az

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər