Şahin Mustafayev: “Özəl sektor inklüziv cəmiyyətin inkişafında mühüm rol oynayır” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahin Mustafayev: “Özəl sektor inklüziv cəmiyyətin inkişafında mühüm rol oynayır”

16:30 - 25 / 04 / 2016
Şahin Mustafayev: “Özəl sektor inklüziv cəmiyyətin inkişafında mühüm rol oynayır”

“İnklüziv cəmiyyət bəşəriyyət qarşısında duran əsas çağırışlardan biridir. İnklüziv cəmiyyət yoxsul, fiziki və əqli məhdudiyyəti olan insanların və cəmiyyətin digər həssas qrupunun maddi  imkanının yaradılması, sosial xidmətlərin göstərilməsi, rifahının artırılmasını nəzərdə tutur.

1news.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda BMT Sivilizasiyalararası Alyansının 7-ci qlobal forumu çərçivəsində təşkil olunan biznes simpoziumunda deyib. O bildirib ki, ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunan və 1 milyondan çox qaçqın və məcbur köçkünü üçün həyat şəraiti quran Azərbaycan bu problemin nə qədər ağır olduğunu anlayır: “Azərbaycan bunun üçün böyük vəsaitlər ayırıb, xarici təşkilatlarla da əlaqələr qurur. BMT ilə də həssas qrupun inkişafına yönəlmiş layihələr icra olunub. Ölkədə sadəcə, iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin iqtisadi rifahı vacibdir. Bu sahədə özəl sektorun da xüsusi rolu var. Yoxsulluğun aradan qaldırılması üçün özəl sektorun yaratdığı iş yerlərinin rolu danılmazdır”.

Ş. Mustafayev qeyd edib ki, beynəlxalq yardım proqramları da biznes mühitinin inkişafına şərait yaratmalıdır: “Son 10 ildə bizim ölkədə 1,5 milyon iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 8 dəfə azalıb. Layihələr yoxsul təbəqənin əməyə daha çox cəlb edilməsi, aşağı ixtisaslı iş yerlərini  açılması, peşə təhsilinin inkişafına yönəlməlidir”.

1news.az

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər