UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 – ƏSAS MƏLUMAT | 1news.az | Xəbərlər
Futbol

UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 – ƏSAS MƏLUMAT

16:30 - 26 / 04 / 2016
UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 – ƏSAS MƏLUMAT

Mayın 5-dən 21-dək Bakıda UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016  keçiriləcək.

1news.az AFFA-nın rəsmi saytına istinadla çempionat barədə əsas məlumatları diqqətinizə çatdırır:

UEFA U-17 Avropa Çempionatı seçmə mərhələ, elit raund və final mərhələsindən ibarətdir. 2014-cü ildən etibarən Çempionatın formatında dəyişiklik edilərək komandaların sayı 8-dən 16-ya kimi artırılıb.

Payız aylarında keçirilən seçmə mərhələnin hər birində 4 komanda olmaqla 13 qrupda keçirilir.

Elit raund yaz aylarında təşkil olunur. Bu mərhələdə 31 komanda 8 qrupda mübarizə aparır. Hər qrupda birinci yeri tutan 8 və ikinci yerdə qərarlaşan 7 komanda, həmçinin Çempionata ev sahibliyi edəcək ölkənin təmsilçisi final mərhələyə vəsiqə qazanır.

Final mərhəsində komandalar 4 qrupa bölünür. Qruplarda ilk iki yeri tutanlar 1/4 finalda, bu mərhələnin qalibləri isə 1/2 final oyunlarında qarşılaşır. Çempionatın qalibi final oyununda müəyyənləşir.

Azərbaycanda keçiriləcək UEFA U-17 Avropa Çempionatı sayca 15-ci olacaq. Turnirin Azərbaycanda təşkil olunması barədə qərar UEFA İcraiyyə Komitəsinin 2012-ci il martın 20-də Türkiyənin İstanbul şəhərində keçirilmiş iclasında qəbul olunub.

UEFA U-17 Avropa Çempionatının oyunları Bakı şəhərində yerləşən 4 stadionda keçiriləcək. Açılış oyunu, yarımfinal qarşılaşmaları və final matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Suraxanı qəsəbəsində yerləşən “Qarabağ stadionu” yalnız qrup oyunları zamanı istifadə olunacaq. Burada 6 oyun keçiriləcək. 8-ci km stadionunda 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Dalğa Arenada 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Bakı Olimpiya Stadionunda isə 9 oyun təşkil olunacaq.

Çempionatın mayın 5-də, saat 19:30-da, Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan Respublikasının əməkdar artisti, UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016-nın səfiri Röya Ayxan və populyar müğənni Miri Yusif çıxış edəcəklər. Röya Ayxan turnirin püşkatma mərasiminin də iştirakçısı olub. Hər iki müğənni UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016-nın “Biz qalib olmalıyıq!” adlı rəsmi himnini duet şəklində ifa ediblər. Musiqisi İsmayıl əsədov və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova məxsus olan himnə futbol mövzusunda klip çəkilib.

UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016-nın püşkatma mərasimi aprelin 8-də Bakı Olimpiya Stadionunda keçirilib.

Biletlərin satış məntəqələri:

«Park Bulvar» ticarət mərkəzi

Ünvan: Bakı ş. Neftçilər prospekti 92

Bakı Olimpiya Stadionu

Ünvan: Bakı ş. Böyükşor Şossesi (Koroğlu metro stansiyasının yanı)

«28 Mall» ticarət mərkəzi

Ünvan: Bakı ş. Azadlıq prospekti, Nəsimi r-nu, Füzuli küçəsi

8-ci km stadionu

Ünvan: Bakı ş. Naxçıvanskiy küçəsi (242 nömrəliməktəbin yanı)

«Gənclik Mall» ticarət mərkəzi

Ünvan: Bakı ş. Fətəli Xan Xoyski küçəsi

Qarabağ stadionu

Ünvan: Bakı ş. Suraxanı qəsəbəsi

Bakcell müştəri xidmətləri

Ünvan: Bakı ş. Ü.Hacıbəyli küç.48 (Sahil Metrosunun yaxınlığında)

Biletləri online olaraq www.tickets.affa.az saytından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
5236

Son xəbərlər

Bütün xəbərlər