AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı | 1news.az | Xəbərlər
Futbol

AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

23:19 - 26 / 04 / 2016
AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

22 aprel  2016-cı il, 2015/2016 mövsümündə  XXIV Topaz Premyer Liqasının XXXI turunun “Qarabağ” – “İnter” matçının 75-ci dəqiqəsində “İnter” klubunun 24 №-li futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

23 aprel 2016-cı il, 2015/2016 mövsümündə XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun “Rəvan” – AZAL matçında AZAL  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

24 aprel 2016-cı il U-19 Liqasının “Neftçi” – “Bakı” matçının 51-ci dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Sərxan Əhmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

18 aprel 2016-cı il Bakcell U-17 Liqasının “Zirə” – “İnter” matçının 19-cu dəqiqəsində “İnter” klubunun 55 №-li futbolçusu Vəfalı Qasımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

18 aprel 2016-cı il Bakcell U-17 Liqasının “Bakı” – “Neftçi” matçının 77-ci dəqiqəsində “Bakı” klubunun 10 №-li futbolçusu Ruslan Süleymanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

18 aprel 2016-cı il Bakcell U-17 Liqasının “Rəvan” – “Kəpəz” matçının 55-ci dəqiqəsində “Kəpəz” klubunun 4 №-li futbolçusu Elmir Ağamirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

23 aprel 2016-cı il Bakcell U-17 Liqasında “Xəzər Lənkəran” – “Turan İB”

matçında “Turan İB” oyunda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

23 aprel 2016-cı il Bakcell U-17 Liqasında  AZAL – “Xəzər Lənkəran”

matçında “Xəzər Lənkəran” oyunda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

21 aprel 2016-cı il U-16 Liqasının “Zirə” – “İnter” matçının 38-ci dəqiqəsində “İnter” klubunun 8 №-li futbolçusu Həsənəli Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

21 aprel 2016-cı il U-16 Liqasının “Qəbələ” – “Neftçi” matçının 80+3-cü dəqiqəsində “Neftçi” klubunun 12 №-li futbolçusu Ruzi Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

19 aprel 2016-cı il Boulevard Hotel U-15 Liqasında “Xəzər Lənkəran” – “Bakı”

matçında “Bakı” oyunda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırırlır.

19 aprel 2016-cı il Boulevard Hotel U-15 Liqasının “Neftçi” – “Ağsu” matçının 47-ci dəqiqəsində “Ağsu” klubunun 4 №-li futbolçusu Samir Əhədov təhqiramiz ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

Oyunun 47-ci dəqiqəsində “Ağsu” klubunun məşqçisi Talıb Musayev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

20 aprel 2016-cı il U-14 Liqasının İOEUGİM (Sumqayıt) – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində İOEUGİM klubunun 2 №-li futbolçusu Rəşad Kərəmov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.3).

Oyunun 60+1-ci dəqiqəsində İOEUGİM klubunun 4 №-li futbolçusu Şahmar Abbaszadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

24 aprel 2016-cı il U-14 Liqasının “Separadi Bələdiyyəsi” (Lənkəran) – “Bakı” (Bakı) matçının 21-ci dəqiqəsində “Separadi Bələdiyyəsi” klubunun 7 №-li futbolçusu Murad Dadaşov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).

24 aprel 2016-cı il U-14 Liqasının “Xəzər Lənkəran”  – “Sumqayıt” matçının 21-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 14 №-li futbolçusu Elşad Cabbarov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).

16 aprel 2016-cı il futzal üzrə Azərbaycan  çempionatının “Xəmsə” – “Ağdam” matçının 33-cü dəqiqəsində “Xəmsə” klubunun 13 №-li futbolçusu Rasif Səfiyarov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

20 aprel 2016-cı il futzal üzrə Azərbaycan  çempionatının “Xəmsə” – “Neftçi”  matçının 16-cı dəqiqəsində “Xəmsə” klubunun 7 №-li futbolçusu Nihad Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

22 aprel 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin “Baku Fire” – “Zirvə”  matçının 18-ci dəqiqəsində “Zirvə” klubunun 8 №-li futbolçusu Ülvi Bağırlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyunluq cəzalanır (maddə 42.3).

23 aprel 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin FHN – “Yeni Günəşli matçının 21-ci dəqiqəsində “Yeni Günəşli” klubunun məşqçisi Səttar Əhmədov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

23 aprel 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin EKOL – Praym Hold  matçının 40-cı dəqiqəsində EKOL klubunun 10 №-li futbolçusu Xətai Bağırov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

24 aprel 2016-cı il Azərbaycan  həvəskarlar liqasının  “Çağırğan” – “Sabunçu” matçında “Sabunçu” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

19 aprel 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin II dəstəsinin “Baku Fire”  – “Metropoliten” matçının 49-cu dəqiqəsində “Metropoliten” klubunun 10 №-li futbolçusu Ceyhun Məmmədovun və “Baku Fire” klubunun 7 №-li futbolçusu Adil Cəfərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər bir futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

19 aprel 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin II dəstəsinin “Kəpəz”  – “Gənclərbirliyi” matçının 46-cı dəqiqəsində “Kəpəz” klubunun 10 №-li futbolçusu Hümmət Məmmədovun və “Gənclərbirliyi” klubunun 8 №-li futbolçusu Elgiz Quliyevin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər bir futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

1news.az

 

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər