Fərəc Quliyev: “Ermənistanın mövqeyi bu günə qədər görülən işlərin üstündən xətt çəkmək deməkdir” | 1news.az | Xəbərlər
Siyasət

Fərəc Quliyev: “Ermənistanın mövqeyi bu günə qədər görülən işlərin üstündən xətt çəkmək deməkdir”

16:59 - 29 / 04 / 2016
Fərəc Quliyev: “Ermənistanın mövqeyi bu günə qədər görülən işlərin üstündən xətt çəkmək deməkdir”

“Sarkisyanın çox böyük yanlışlıqla, səhv ilə bəyan etdiyi bu etirafını biz real olaraq istifadə etməyi bacarmalıyıq”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bu gün Milli Məclisin iclasındakı çıxışı zamanı Ermənistan prezidenti S.Sarkisyanın Qarabağ müharibəsi ilə bağlı aparılan danışıqları dayandırması və şərtlər irəli sürməsinə münasibət bildirərək söyləyib:

“Mən tamamilə sizin fikirləri bölüşürəm və bir məsələyə münasibət bildirmək istəyirəm. Məlum olduğu kimi, Sarkisyanın son vaxtlar artıq danışıqlardan imtina etməsi və danışıqların bərpası üçün üç şərt irəli sürməsi rəsmi olaraq elan olundu. Ermənistan parlamentinin vitse-spikeri mətbuatda da bu şərtləri bildirdi. Burada insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi şərti qoyulur, ünvanlı bəyanatlar və Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqresiyaya əl atmayacağına dair zəmanət istənilir.

Ermənistan tərəfinin bu mövqeyi danışıqlardan imtina etmək və 1994-cü ildə razılaşdırılan son atəşkəs müqaviləsindən sonrakı müddətdə tərəflər arasında beynəlxalq vasitəçilərin də müəyyən qədər detalları cilalamağa çalışdığı bir vaxtda bu qədər müddətdəki bütün məsələlərin üstündən xətt çəkmək deməkdir. Bu, Ermənistan tərəfinin BMT-yə və bütün beynəlxalq qurumlara hörmətsizliyi deməkdir. Mən təklif edirəm ki, bizim həm parlamentlərarası dostluq qrupları, həm də parlamentin özü, BMT və bütün beynəlxalq təsisatlar da bu son məsələ ilə bağlı münasibət bildirsin. Bilinsin ki, ermənilərin qoyduqları bu məsələlərə BMT-nin 4 qətnaməsində açıq-aydın münasibət var.

Çünki, insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiqedilməsi ilə bağlı BMT-nin dörd qətnaməsində açıq şəkildə göstərilib. Bununla bağlı Ermənistana qarşı ünvanlı bəyanat var. Bəyanatda Ermənistanın ünvanına göstərilib ki, onun işğalçı ordusu Azərbaycan ərazilərini tərk eləməlidir. Azərbaycan da bunu təklif edir. Üçüncü şərtləri isə Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı aqressiyanın artmayacağına zəmanət istəməsidir”.

Partiya sədri Milli Məclisdə təmsil olunan partiyalara da çağırış edərək onları da bu məsələylə bağlı ortaya mövqe qoymağa səsləyib.

“Hesab edirəm ki, bu tərkibdə dediyim məsələlərlə bağlı və daha da genişlənmiş şəkildə parlament, müxtəlif deputatlar və dostluq qrupu tərəfindən hər yerə məlumatlar və məktublar göndərmək lazımdır. Mən keçən dönəmdə 97 Avropa Parlamenti üzvünə, Ketrin Eştona və başqalarına geniş məktublar göndərmişəm. Yenə də mən partiya sədri kimi müvafiq müraciətlər göndərməyə hazıram. Bütün burda təmsil olunan partiya sədrləri də öz partiyalarının mövqeyi olaraq bu məsələləri qoymaları lazımdır. Sarkisyanın çox böyük yanlışlıqla, səhvi ilə bəyan etdiyi bu etirafını biz real olaraq istifadə etməyi bacarmalıyıq”.

1news.az

Paylaş:
715

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər