Daniel Rikkardo: Çalışmalıyıq ki, Bakının qala divarlarını uçurmayaq
“Formula-1”in “Red Bull” komandasının pilotu Daniel Rikkardo tezliklə Bakıda olmağa can atır.
1news.az-ın məlumatına görə, pilot Autosport.com saytına müsahibəsində iyun ayında Bakıda keçiriləcək Qran-pri yarışında iştirakı səbirsizliklə gözlədiyini deyib.
- Bakıdakı trasdan nə gözləyirsiniz? Fernando Alonso deyib ki, bu, ən sürətli şəhər trası olacaq.
- Bəzi döngələri görmüşəm, çox çətin və sürətli görünürlər. Bundan çox təsirlənmişəm və tezliklə ora getmək istəyirəm.
- Siz hələ trasın ən ensiz hissəsini görməmisiniz. O həqiqətən də ağlasığmazdır. Yeri gəlmişkən, orada təxminən bir metr sol tərəfdə XIII əsrdə tikilmiş divar var, oradan keçərkən ehtiyatlı olun.
- Oradan keçərkən çalışmalıyıq ki, divarı zədələməyək, elədir? (gülür).
1news.az