Qalib atlet: Marafonun yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna minnətdaram | 1news.az | Xəbərlər
İdman

Qalib atlet: Marafonun yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna minnətdaram

15:52 - 01 / 05 / 2016
Qalib atlet: Marafonun yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna minnətdaram

Hazırda “Ankara” liseyində məşqçi-müəllim işləyirəm. 27 yaşım var.

Bu marafonda ilk dəfə iştirak edirəm. Əvvəllər atletika idman növü ilə məşğul olmuşam. Beynəlxalq yarışlarda mükafat qazanmışam.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Marafonu 2016”ın qalibi Namiq Əsədov jurnalistlərə müsahibəsində deyib.

Marafonun yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirən atlet deyib ki, yarışlar hər il keçirilsəydi bu atletikanın inkişafına çox güclü təkan verərdi.

“Məşqlərdə biz 21 kilometrdən daha çox məsafəyə qaçırıq. Çətin oldu, ancaq idmanda dözüm lazımdır. Əvvəllər bu idman növü ilə məşğul olduğum və məsafəni düzgün bölüşdürdüyüm üçün finişə birinci çata bildim”,- deyə “Bakı Marafonu 2016”ın qalibi Namiq Əsədov vurğulayıb.

Paylaş:
2317

Son xəbərlər

Bütün xəbərlər