Braziliyada Olimpiya məşəlini suriyalı qaçqın da daşıyacaq | 1news.az | Xəbərlər
İdman

Braziliyada Olimpiya məşəlini suriyalı qaçqın da daşıyacaq

17:27 - 02 / 05 / 2016
Braziliyada Olimpiya məşəlini suriyalı qaçqın da daşıyacaq

Braziliyada Olimpiya məşəli estafetinin ilk iştirakçılarından biri suriyalı qaçqın ailəsinin üzvü olacaq.

1news.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu, 12 yaşlı Xanan Xaled Dakkadır.

Qız və onun ailəsi Suriyanın şimal-şərqindəki İdlib şəhərində yaşayıb. Həmin şəhər vətəndaş müharibəsi zamanı ələ keçirilib. Onlar bir müddət İordaniyada qaçqınlar düşərgəsində yaşadıqdan sonra Braziliyaya üz tutaraq San-Pauluda məskunlaşıblar. Hazırda qızın anası hamilədir və Xanan bacı və ya qardaşının doğulacağını gözləyir.

Qeyd edək ki, Olimpiya məşəli estafeti mayın 3-də Braziliyanın paytaxtı Braziliadan start götürəcək.

Ria Olimpiyadası 5-21 avqust 2016-cı il tarixlərində keçiriləcək.

1news.az

Paylaş:
744

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər