Bank Standard-a müvəqqəti inzibatçılıq təyin edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Standard-a müvəqqəti inzibatçılıq təyin edilib

12:46 - 03 / 05 / 2016
Bank Standard-a müvəqqəti inzibatçılıq təyin edilib

Mayın 3-dən etibarən Bank Standard-a müvəqqəti inzibatçılıq təyin edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda çərşənbə axşamı jurnalistlərlə mətbuat konfransı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, banka müvəqqəti inzibatçılıq mayın 2-də MBNP-nın iclasında qəbul edilib.

“Məlumdur ki, Bank Standart son zamanlar çətinliklərlə üzləşirdi. Bu, aktivlərin zəifləməsi, likvidliklə problem və s. idi. Yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası yoxlamalar aparıb. Nəticədə Bank Standard-ın yaranmış problemi həll etmək üçün lazımi resurslara malik olmaması aydın oldu. Bununla əlaqədar olaraq MBNP banka 3 ay müddətinə müvəqqəti inzibatçılıq təyin etdi. O da bankdakı bütün problemlərlə bağlı məşğul olacaq.

Bundan əlavə, Bank Standard-da müvəqqəti olaraq fiziki və hüquqi şəxslərə əmanətlərin ödənilməsi də dayandırılıb. Bu məhdudiyyət bu gündən etibarən iyunun 3-nə qədər davam edəcək. Yəni əmanətlərin ödənilməsi iyunun 3-dən tam həcmdə qaytarılmağa başlayacaq. Bununla əlaqədar əmanətçilər narahat olmasınlar”. 

Həmçinin o, qeyd edib ki, likvidliklə bağlı problemin həll olunması üçün MBNP-nin Mərkəzi Banka (MB) dəstək üçün müraciət edib:

“MB kredit şərtlərinə uyğun olaraq 6 ay müddətinə Bank Standard-a 15 milyon manat kredit ayıracaq”.

R.Aslanlı qeyd edib ki, hazırda Bank Standard-ın sağlamlaşdırılması proqramı hazırlanır ki, bunun hesabına banka dövlət tərəfindən dəstək məqsədilə müəyən vəsait ayırılacaq.

Bundan əlavə, R.Aslanlı bildirdi ki, Bank Standard müflis olmuş bank elan edilməyib və dövlət onun ölkənin ən iri kredit təşkilatına çevrilməsində maraqlıdır.

“Məhz bunun üçün də bankın sağlamlaşdırılması proqramı hazırlanır”. 

1news.az

Paylaş:
2311

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər