Dövlət Neft Fondu “Şahdəniz” yatağının işlənməsindən 4 ay ərzində 45 milyon dollar qazanıb
![Dövlət Neft Fondu “Şahdəniz” yatağının işlənməsindən 4 ay ərzində 45 milyon dollar qazanıb](/images/articles/2016/05/04/thumb_20160504023926342.jpg?2021-02-17+09%3A23%3A32)
2007-ci ildən bu il mayın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 488 milyon ABŞ dolları gəlir əldə edib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu ilin yanvar-aprel aylarında isə Dövlət Neft Fonduna “Şahdəniz” yatağının işlənməsindən 45 milyon dollar vəsait daxil olub.
1news.az
684