Azercell aprel ayında 250-ə yaxın nəfərə pulsuz göz müayinəsi təşkil edib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell aprel ayında 250-ə yaxın nəfərə pulsuz göz müayinəsi təşkil edib - FOTO

17:10 - 04 / 05 / 2016
Azercell aprel ayında 250-ə yaxın nəfərə pulsuz göz müayinəsi təşkil edib - FOTO

Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un sosial layihələrindən biri olan Mobil Göz Klinikası  indiyə qədər valideyn himayəsindən məhrum olan minlərlə uşağa həmçinin, ahıllara və aztəminatlı ailələrə xidmət göstərib.

Mobil Göz Klinikasının həkimləri "Caspian Compassion Project” təşkilatı ilə aprel ayında 50 yaşından yuxarı insanlar üçün müayinələr təşkil ediblər. Klinikanın həkimləri Lökbatan, Buzovna, Pirallahı, Mərdəkan, Bakıxanov, Qaraçuxur və Günəşli qəsəbələrində yaşayan imkansız və kimsəsiz ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstəriblər. Yerli icra orqanlarının təşkilatçılığı ilə aparılan müayinələrdə 244 nəfər iştirak edib ki, bunların da 96 nəfərinə eynək reseptləri yazılıb, 124  nəfərə isə müalicə təyin olunub. Gözlərində müxtəlif ciddi xəstəliklər aşkarlanan 5 nəfər kimsəsiz və imkansız xəstə isə klinikanın həkimləri tərəfindən uğurlu  əməliyyat edilib. Əməliyyat olunan xəstələrin görmə qabiliyyəti tam bərpa olunub.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən "Günərzi" qayğı mərkəzində olublar. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz       

Azercell Telekom MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil edib. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər