İranda neft hasilatının həcmi sutkada 3,7 milyon barelə çatıb
İranda neft hasilatının həcmi sutkada 3,7 milyon barelə çatıb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu İran Milli Neft Şirkətinin icraçı direktoru Ruhnəddin Cavadi bildirib.
“İranda hasil olunan xam neftin həcmi sutkada 3,7 mln. barelə çatıb və tezliklə 3,8 mln. barelə çatdırılacaq”, deyə Cavadi bildirib.
Onun sözlərinə görə, İran 1-2 aydan sonra - neft hasilatının həcmi sanksiya qədərki səviyyəyə, yəni sutkada 4 mln barel səviyyəsinə çatdırıldıqdan sonra OPEK-in kvotalaşdırılma siyasətinə qoşulmağa hazır olacaq.
1news.az
918