Sarkisyanın suqsvanqı: “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” ilə bağlı qanun layihəsinin böyük yanlış olması haqqında | 1news.az | Xəbərlər
Köşə

Sarkisyanın suqsvanqı: “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” ilə bağlı qanun layihəsinin böyük yanlış olması haqqında

13:09 - 06 / 05 / 2016
Sarkisyanın suqsvanqı: “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” ilə bağlı qanun layihəsinin böyük yanlış olması haqqında

5 may cərşənbə günü erməni KİV-inin yaydığı məlmata görə, Ermənistan Respublikası hökuməti iclas zamanı “Ermənistanın müstəqilliyinin tanınması haqqında” qanun layihəsini təsdiq edib. (burada söhbət birbaşa Ermənistan tərəfindən idarə olunan erməni separatçılarının marionet rejimindən söhbət gedir- müəllif qeydi)

Hökumətin iclasında həmçinin qanun layihəsinin müəllifi, müxalifətyönlü deputat Zauri Postancyan da iştirak edib.

“Sputnik Armeniya” müxbiri ilə söhbət zamanı o, hökumətin tövsiyəsini müsbət qarşılayıb və ümid edib ki, müzakirələr Ermənistan Milli Toplantısında (parlament) davam edəcək.

Bununla əlaqədar Azərbaycan XİN bəyanatla çıxış edərək bildirib ki, Ermənistan hökuməti bu halda sülh danışıqlarını tamamilə dayandırmağa hazırlaşır, həmin davranışların nəticəsi ilə bağlı İrəvanı xəbərdar edib.

Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qondarma rejimi tanıması Minsk prosesinin fəaliyyəti üzərindən birbaşa rəsmi şəkildə xətt çəkməsi deməkdir. Mİnsk qrupu bundan sonra danışıqlar prosesində mandatını itirmiş olacaq.

Bu qanun layihəsi ilə bağlı daha əvvəl Ermənistan XİN sədrinin müavini Şavarş Koçaryan çıxış edib.

Ermənistan hökumətinin növbəti toplantı zamanı Dağlıq Qarabağın qondarma rejiminin “tanınması  haqqında qanun layihəsi”ni qəbul etməsi ilə bağlı Köçəryan bildirib: “Xeyir, bu belə deyil. Hökumətin gündəmində olan məsələ tanınma haqqında qanun layihəsinin təsdiqi deyil, hökumətin qərar verməsidir”. Bu qərara əsasən tanıma hadisələrin sonrakı inkişafı ilə şərtlənəcək”.

Beləliklə, Köçəryan izah etməyə çalışdı ki, hələ tam qərar qəbul olunmayıb. Parlament (texniki cəhətdən qanun layihəsini təsdiq etməlidir) hələ ki, hökumət və prezidentin qərarlarını gözləməlidir, o isə “vəziyyətin dəyişməsinə uyğun olaraq qərar verəcək”.

Ermənistan XİN nümayəndəsinin bu qərarı göstərir ki İrəvandakı hakim rejim hazırda qarışıqlıq içindədir. Marionet rejimin “tanınması” haqqında  təhdid isə danışıqlar prosesində itirilən mövqeləri qaytarmaq məqsədilə söylənən uydurmadan başqa bir şey deyil.

Sirr deyil ki, cəbhə xəttindəki aprel hadisələrindən sonra Ermənistan danışıqlar prosesində status- kvo ilə bağlı nəzarəti faktiki olaraq itirib. Bu vəziyyəti o, müxtəlif vasitələrlə 2 onillik saxlaya bilib.

Azərbaycan SQ-nin üstünlüyünü sübut edən strateji yüksəkliklər və yaşayış məntəqələrinin azad olunması faktı, ordumuzun və vətəndaşlarımızın mənəvi ruh yüksəkliyi münaqişədəki nizamı  faktiki olaraq Ermənistanın xeyrinə olmayan tərzdə dəyişdi.

Öz zəifliyini hiss edən Sarkisyan danışıqlar prosesinin mümkünsüzlüyü haqqında başladığı havanı təhlükəsizlik üçün təminat alınmasına qədər uzatdı.

Başqa sözlə, Sarkisyan etiraf etdi ki, status-kvonun süni şəkildə ermənilərin öz gücü ilə saxlanılması və danışıqlar prosesinin konservasiyası artıq mümkün deyil, deməli, xarici qüvvələrin işə qarışması, tərəfləri əvvəlkı şərtlərlə danışıqlar stolu arxasında oturması  vacibdir.

Lakin qısa zaman ərzində məlum oldu ki, xarici fakrotlardan heç biri erməni qaydaları ilə hərəkət etmək istəmir, yaxud buna qadir deyil. ATƏT-in Minsk qrupunun bütün üzvləri o cümlədən, həmsədrlər prosesin ölü nöqtədən qalxması zamanının gəldiyini bildirib. Onlar da etiraf edib ki, artıq keçmişə qayıtmaq mümkün deyil.

Münaqişə həddindən artlq təhlükəlidir, onu əvvəlki çərçivəyə qaytarmaq mümkün olmayacaq, Ermənistan isə yeni qüvvələr nisbəti ilə barışmalıdır.

Buna baxmayaraq Ermənistanın hərəkətləri təsdiq edir ki, Ermənistanın hazırkı siyasi elitası hələ də vəziyyətin nəyin bahasına olursa olsun dəyişəcəyinə ümidlidir.

Sarksyanın məhz belə qanunlayihəsi gedişi ilə erməni elitasının düşüncəsinə görə “Bakını  qorxudaraq” separatçıların müstıqilliyini qəbul etmək mümkün ola bilər.

Bu gediş oynaya bilərmi? Azərbaycan danışıqlar prosesində və cəbhə bölgəsində prinsipiallıq göstərsə, Ermənistan əsas addıma hazırdırmı? Bu  qanun layihəsi qəbul olunarsa, nəticələrin necə olacağını İrəvan hesablayıbmı?

Azərbaycan  təşəbbüsü əldən verməyəcək deməli, ermənilərdə ya gözünü yumub oyuna girməli marionet rejimin müstəqilliyini qəbul etməli, ya da növbəti dəfə bu müzakirələri uzaq rəfə atmalıdır.

Hər iki variant Sarksyan rejiminə itkilər vəd edir.

Lakin qanun layihəsinin geri çəkilməsi onlara təkcə imic zərbəsi vurursa, (bu halda sarkisyan əhalinin növbəti dəfə yalanları ilə aldatmalıdır ki, bu illər ərzində onun ən çox uğur qazandığı sahədir) qondarma rejimin tanınması danışıqlar prosesinin dayandırılması deməkdir. Məlum olduğu kimi diplomatlar susanda,  “silahlar danışmağa başlayır”.

Ermənistan Azərbaycanla yeni uzun müddətli müharibəyə hazırdırmı?

Aprelin əvvəlində baş verən hadisələr göstərdi ki, hazır deyil. Sarksyan siyasi karyerası, maddi rifahı, bəlkə də həyatı ilə risk edəcəkmi?

Çox güman ki, yox ( əks halda o, sadəcə axmaqdır).

Bu halda belə bir sual yaranır: Sarkisyan özünü indiki vəziyyətə şahmat termini ilə desək suqsvanqa niyə salır? : hardakı atdığı hər növbəti addım oyunçunun mövqeyini daha da ağırlaşdırır.

Ehtimala görə o, prezident  kreslosunda qalmaq üçün manevr etməli, ictimayi gərginliyi hər zaman yüksək saxlamalıdır.

Onun kreslosunun möhkəm olmasına təsir edən faktor təkcə cəbhədəki vəziyyət deyil, (son 20 il ərzində bi vəziyyət Azərbaycanın xeyrinə dəyişib) həm də daxili siyasi durumdur ki, o da münaqişədən asılıdır. Hər iki “cəbhədə” vəziyyət ürəkaçan olmadığına görə o, çox güman ki, vəziyyətə nəzarəti itirərək axına düşüb.   

Bu kontekstdə qeyd etmək yerinə düşər ki, məhz Azərbaycana məxsus 20 faiz torpaqları işğal etməsi Ermənistanın təcrid olunmasına və iqtisadiyyatının zəifləməsinə səbəb olub.

Lakin məhz indi aydın olur ki, hgəll olunmayan münaqişə və iqtisadi uğursuzluq ildən ilə ölkədəki siyasi stabilliyə də təsir edir.

O, nə zamana qədər davam gətirəcək? Siyasi resursları nə dərəcədə davamlıdır?

Hər şey ona işarə edir ki, onun liderliyinin bu xüsusiyyətləri Ermənistanın hərbi və iqtisadi gücü ilə mütənasibdir: Azərbaycan ordusunun gücü artdıqca Ermənistan iqtisadiyyatında problemlər daha da artır. Bununla da Sarkisyanin ( və onun mümkün xələflərinin) sülh prosesində  güzəştlərə getməsi şansı artır.

Əks halda- müharibə...

Rəhman Hacıyev

1news.az-ın Baş redaktoru

Paylaş:
2307

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər