“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsinə start verilib | 1news.az | Xəbərlər
İdman

“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsinə start verilib

12:27 - 07 / 05 / 2016
“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsinə start verilib

Mayın 7-da Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsinə start verilib.

Kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan bugünkü yarış Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb. Velosipedçilər 115,3 kilometr məsafə qət etdikdən sonra finiş xəttini Vergilər Nazirliyinin Pirquluda yerləşən Tədris Mərkəzi qarşısında başa vuracaqlar.

Xatırladaq ki, ötən gün baş tutan “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün 3-cü mərhələsi də Azərbaycanın “Synergy Baku” kontinental komandası üçün uğurlu olub. İkinci mərhələdə olduğu kimi, yenidən komandamızın üzvü finiş xəttini hamıdan öndə keçib.

Üçüncü mərhələnin qalibi təmsilçimiz Matey Müqerli olub. Marşrutu 4 saat 18 dəqiqə 44 saniyəyə başa vuran M.Müqerli bununla da finişi onunla eyni vaxtda keçən 13 nəfərlik qrupda hamını qabaqlayıb.

Yürüşdə 19 ölkədən 21 komanda iştirak edir. İştirakçılar sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

Paylaş:
569

Sizin üçün xəbərlər

Son xəbərlər

Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39
Bütün xəbərlər