“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsində Luka Vakerman birinci olub | 1news.az | Xəbərlər
İdman

“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsində Luka Vakerman birinci olub

16:36 - 07 / 05 / 2016
“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsində Luka Vakerman birinci olub

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsinin qalibi müəyyənləşib.

Bu mərhələnin qalibi Birləşmiş Ərəb Əmirliklərinin “NASR-Dubai” komandasının üzvü Luka Vakerman olub. O, finiş xəttini hamıdan birinci keçib.

11:20

Mayın 7-da Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan bugünkü yarış Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb. Velosipedçilər 115,3 kilometr məsafə qət etdikdən sonra finiş xəttini Vergilər Nazirliyinin Pirquluda yerləşən Tədris Mərkəzi qarşısında başa vuracaqlar.

Xatırladaq ki, ötən gün baş tutan “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün 3-cü mərhələsi də Azərbaycanın “Synergy Baku” kontinental komandası üçün uğurlu olub. İkinci mərhələdə olduğu kimi, yenidən komandamızın üzvü finiş xəttini hamıdan öndə keçib.

Üçüncü mərhələnin qalibi təmsilçimiz Matey Müqerli olub. Marşrutu 4 saat 18 dəqiqə 44 saniyəyə başa vuran M.Müqerli bununla da finişi onunla eyni vaxtda keçən 13 nəfərlik qrupda hamını qabaqlayıb.

Yürüşdə 19 ölkədən 21 komanda iştirak edir. İştirakçılar sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

Paylaş:
754

Son xəbərlər

Bütün xəbərlər