​London meri vəzifəsinə müsəlman namizəd seçilib | 1news.az | Xəbərlər
Dünya

​London meri vəzifəsinə müsəlman namizəd seçilib

00:38 - 07 / 05 / 2016
​London meri vəzifəsinə müsəlman namizəd seçilib

Leyboristlər Partiyasından olan namizəd Sadiq Xan Londonun meri vəzifəsinə seçilib.

1news.az "Report"a istinadən xəbər verir ki, o, tarixə bu vəzifəni tutan ilk müsəlman kimi daxil olub.

Milliyətcə pakistanlı olan 46 yaşlı sadiq Xan fəhlə ailəsindən çıxıb, onun atası avtobus sürücüsü olub. Səkkizuşaqlı ailə (hazırkı mer sayca 5-ci uşaqdır) London ətrafındakı sosial mənzildə yaşayıb. Xan insan haqları sahəsində ixtisaslaşmış hüquqşünasdır.

O, 2008-2009-cu illərdə yerli idarəetmə məsələləri üzrə dövlət naziri postunu tutub, 2009-2010-cu illərdə isə nəqliyyat məsələləri üzrə dövlət naziri işləyib.

Xan 2013 və 2015-ci illərdə Britaniya müsəlmanları arasında "ilin siyasətçi"çi adlandırılıb.

Onun proqramının əsas müddəaları mənzil tikintisi, sosial sahənin inkişafı, ictimai nəqliyyat xidmətləri üzrə qiymət artımının məhdudlaşdırılması, həmçinin Hitrou hava limanının genişləndirilməsindən imtina etməkdən ibarətdir.

Onun həyat yoldaşının adı Səədiyə Əhməddir, o da hüquqşünasdır. Cütlüyün iki qız övladı var.

1news.az

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər