Yaponiya şirkətləri Rio Olimpiadası ilə əlaqədar yeni nəsil televizorların istehsalına başlayıb
Yaponiyanın elektron avadanlıq istehsalı ilə məşğul olan aparıcı şirkətləri bu ilin yayında Rio-de-Janeyroda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ərəfəsində artan tələbatı nəzərə alaraq yeni nəsil televizorların istehsalına başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Sharp” şirkəti gələn ay alıcılara yüksək dəqiqliyi ilə seçilən “4K” model televizorlar təqdim edəcək. Həmin televizorlar tamaşaçının üstünlük verdiyi proqramları təhlil edərək, onun baxmaq istədiyi kanalla bağlı tövsiyə verməyə qadir olan süni intellektlə təmin edilib.
“Sony” şirkəti isə “4K” görüntülü televizorları artıq mayda bazara buraxacaq. Bu televizorlar məsafədən idarəetmə pultunda yerləşdirilmiş mikrofon vasitəsilə istənilən proqramı səs komandası ilə tapmağa imkan verəcək.
1news.az