Apreldə daşınmaz əmlakın icbari sığortası üzrə 6 894 müqavilə bağlanılıb
Cari ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6 894 sığorta müqaviləsi bağlanılıb.
1news.az-ın İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,2 milyon manatdan çox olub. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 60,1 faizi yaşayış evləri və mənzillər, 0,5 faizi inzibati binalar, 39,4 faizi isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 37,1faiz, sığorta haqlarının məbləğində isə 19,4 faiz azalma müşahidə edilib.
Aprel ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 623, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 68 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 48 570 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 37 833 manat təşkil edib.
1news.az