Sərbəst güləşçilər Dağıstanda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb – FOTO | 1news.az | Xəbərlər
İdman

Sərbəst güləşçilər Dağıstanda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb – FOTO

13:32 - 10 / 05 / 2016
Sərbəst güləşçilər Dağıstanda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb – FOTO

Dağıstan Respublikasının Çumada rayonunda Sovet İttifaqı qəhrəmanı Kadi Abakarovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 44-cü beynəlxalq turnir keçirilib.

1news.az-ın məlumatına görə, turnirdə iştirak edən böyüklərdən ibarət yığma komandanın üzvləri yarışlarda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

61 kq çəkidə mübarizə aparan Əhmədnəbi Qvarzatilov və 70 kq çəkidə yarışan Məhəmməd Müslümov bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına yiyələnib. Əhmədnəbi Qvarzatilov finalda yerli idmançı Şamil Omarov, Məhəmməd Müslümov isə komanda yoldaşı Murtuzəli Müslümov üzərində qələbə qazanıb.

Digər gümüş medala gərgin keçən final görüşündə yerli idmançı Zaur Uquyevə uduzan Georgi Edişeraşvili (57 kq) sahib olub. Görüşdə 4:4 hesablı bərabərlik qeydə alınsa da, son xalı rəqibin qazanması görüşün də onun xeyrinə başa çatması ilə nəticələnib.

74 kq çəkidə mübarizə aparan Ruslan Dibirhacıyev isə turnirin bürünc medalına yiyələnib.

Bundan başqa 57 kq-dakı təmsilçimiz Georgi Edişeraşvili “ən yaxşı texnikalı güləşçi” nominasiyasında turnirin mükafatına layiq görülüb.

1news.az

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər