Almaniyada ümummilli liderin yubileyinə həsr olunmuş boks turniri keçirilib | 1news.az | Xəbərlər
İdman

Almaniyada ümummilli liderin yubileyinə həsr olunmuş boks turniri keçirilib

13:43 - 10 / 05 / 2016
Almaniyada ümummilli liderin yubileyinə həsr olunmuş boks turniri keçirilib

Mayın 7-də Almaniyanın Vaysvasser şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş peşəkar  boks turniri  keçirilib.

1news.az-ın məlumatına görə, turnirin finalında alman boksçu Matthias Pelk ilə Gürcüstan boksçusu Jaba Çautaşvili mübarizə aparıb.  Rəqibini xal hesabı ilə məğlub edən almaniyalı idmançı rinqdə qalib gələrək 5-ci dəfə Heydər Əliyev adına Dünya Boks Komitəsininin kəmərinə sahib olub.

Qeyd edək ki, turnirdə Belorus, Gürcüstan, Ukrayna, Tacikistan, Polşa, Keniya boksçuları da mübarizə aparıb.

2007-ci ildən bəri Almaniyada keçirilməsi ənənə halını alan bu turnir Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Boks Federasiyası, Qəbələ idman klubu, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi, Maqdeburq  şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir.

1news.az

Paylaş:
802

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər