Xalq Bank-la pulsuz taksidən faydalanın!
Xalq Bank müştərilərinə yeni imtiyazlar və xüsusi təkliflər yaratmaqda davam edir. Belə ki, Bank dünyaca məşhur Uber taksi xidməti ilə əməkdaşlığa başlayıb. Kampaniyanın şərtlərinə əsasən Xalq Bank-ın istənilən xidmətindən yararlanan hər bir müştəri Uber xidmətindən ilk istifadəni pulsuz həyata keçirə bilər.
Aksiyada iştirak etmək üçün Bankın filiallarında hər hansı bir məhsul və ya xidmətdən istifadə etmək kifayətdir. Bu zaman müştərilərə əməkdaşlarımız tərəfindən pulsuz taksidən istifadə edəcəyiniz ölkənin adı qeyd olunmuş xüsusi promo-kod təqdim edilir. Uber-dən pulsuz gediş əldə etmək üçün Uber əlavəsini telefona yükləmək və qeydiyyat zamanı həmin promo-kodu əlavədə qeyd etmək lazımdır. Pulsuz gedişi yalnız Uber-ə yeni qoşulan müştərilər istifadə edə bilər.
Aksiya çərçivəsində müştərilərimiz istəklərinə uyğun Bakı şəhərində 10 manat (01.07.2016-dək), həmçinin, Böyük Britaniyada 15 funt (31.12.2016-dək), Almaniya və İtaliyada 15 avro (31.12.2016-dək), Çexiyada (Praqa şəhərində) 250 kron (01.07.2016-dək), Birləşmiş Ərəb Əmirliklərində 80 dirhəm (15.07.2016-dək) dəyərində pulsuz gedişdən istifadə edə biləcəklər. Gedişin dəyəri müəyən olunmuş məbləğdən çox olduqda məbləğin qalan hissəsi müştəri tərəfindən ödənilir.
Uber – mobil əlavə vasitəsilə olduğunuz yerə qısa müddət ərzində taksi çağırmağa imkan verən sürücü xidmətidir.
Aksiya və Bankın xidmətləri haqda ətraflı məlumat almaq üçün Xalq Bank-ın filiallarına, www.xalqbank.az internet səhifəsinə və ya 138 qısa nömrəsi ilə Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.