Avro-2016: Azərbaycan Şotlandiyaya qarşı. Sonuncu döyüş - ən ağır olandır - FOTO | 1news.az | Xəbərlər
Futbol

Avro-2016: Azərbaycan Şotlandiyaya qarşı. Sonuncu döyüş - ən ağır olandır - FOTO

18:33 - 10 / 05 / 2016
Avro-2016: Azərbaycan Şotlandiyaya qarşı. Sonuncu döyüş - ən ağır olandır - FOTO

Sabah (U- 17) gənclər yığmasının Avropa çempionatının qrup mərhələsi çərçivəsində Şotlandiyaya qarşı sonuncu matçı keçiriləcək.

 Sportbox.az xəbər verir ki, Təbriz Həsənovun yetirməlıri qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdır. Bununla yanaşı atrıq özünün ¼ finala çıxışını təmin edən portuqaliyalıların belçikalılar üzərində qələbə əldə etməsi vacibdir.

Portuqaliya ilə 0:5 hesablı məğlubiyyətdən və Belçika ilə 1:1 hesabından sonra Azərbaycan yığmasının Benilüks təmsilçilərinə qalib gəlməsi çətin olacaq. Bu halda britaniyalılarla oyunun müsbət nəticələnməsi bizə qrupda 3-cü yeri təmin edər və yarışı layiqli bitirmiş olarıq.

Bizim az da olsa şansımız var. İki turdan sonra Azərbaycan yığmasının toplar arasında fərqi mənfi 5-dir. Belçikalılarda isə top fərqi müsbət 2-dir. Bu o deməkdir ki, sonuncu matçda biz şorladlara 6 top fərqi ilə qalib gəlməli və potuqalların minimal hesabla udacağını gözləməliyik. Yaxud 5 qol vurub, portuqalların da 2 qol ilə fəqlənəcəyini gözləməliyik.

 Portuqaliyaya qarşı ilk oyuna qayıdaq. Əlbəttə biz başqa nəticə gözləyirdik. Lakin portuqaliya hazırkı fitbol ulduzu Kriştianu Ronaldunu yetişdirən klubdur. Daha əvvəl isə Fiqu, Rui Koşta, Eysebio və başqaları olub. Bundan əlavə U-17 Azərbaycan yığmasının oyunu ilk dəfə idi ki,  10 minlərlə azarkeşin, UEFA funksionerləri, dunya qrandlarının skautları və Azərbaycan Prezidenti İlham Əliyevin müşayiəti ilə keçib.

İlk taym uğurlu olmadı və 4 top buraxıldı. Bunlardan biri müdafiəçi ilə qapıçının uzlaşmaması, digəri isə kapitanın avtoqolu olub.

Məğlubiyyətdən sonra hər kəs gənc komandanı tənqid etməyə başladı. AFFA rəhbərliyi də bundan pay çatdı. Lakin baş məşqçi T.Həsənov bu məğlubiyyətdə yalnız özünün günahkar olduğunu bildirib və xatırladıb ki, 2 il ərzində Portuqaliya yığması yalnəz bir komandaya məğlub olub bu isə Almaniya komandasıdır.

Azərbaycanlı futbolçular aslan kimi vuruşurdu. Qolkiper Hüseyn Məmmədov travma alıb və oyun meydanından birbaşa xəstəxanaya aparılıb. Qapıçının həyati təhlükəsi aradan qalxsa da çempionat onun üçün başa çatdı.

Həmin oyunda biz ən azı bir penaltiyə və ümid edirdik. Qarşılaşmanın taleyini Murad Mahmudov da həll edə bilərdi. Lakin təəsüf ki o,  rəqib komandanın qolkiperi Mile Svilarla təkbətək qarşılaşmada məğlub olub.Əgər qol vursaydı o qarşılaşmanın ulduzu olardı

Şotlandiya yığmasını da unutmaq olmaz. Britaniyalılar qrupdan çıxmaq şansını itirsə də, çox güman ki, son dəfə daha yaxşı oyun nümayiş etdirmək istəyəcək. Ona görə də ilk dəqiqələrdən irəli qaçıb, var gücünlə qol vurmağa çalışmaq lazım deyil- mütləq cəza gələcək.

Hər bir halda sabah “Bakcell Arenada”kı son matçda böyük tamaşaçı dəstəyinə ehtiyac var. Məhz tamaşaçı dəstəy ilə futbolçularımız gərəkən nəticəni əldə edə bilib.

Bütün komandaya nəticədən asılı olmayaraq azarkeşlik etmək lazımdır. Sonda Robert Badjonun danışdığı belə bir hadisədən bəhs edək.

“Biz dostumla futbola baxırdıq. “Boka Xuniors” oynayırdı. Hesab 4:0. Rejissor “Bombonyerlərin” tribunasını göstərdi. Onlar oynayır oxuyur, sevinirdilər. Bu sevinc sanki keçici idi. “Boka”nın uduzduğunu eşitdikdə çox təəccübləndim. Mən bu komandanı çox sevdim. Argentinada yüksək azarkeşlik mədəniyyəti var. Azarkeşlər stadionu tərk edərkən kürəklərində 150 metrlik baneeri daşımağa da çəkinmirdi.

Gəlin biz də gənc futbolçularımızı dəstəkləyək və stadiona bayraqlarla gələk! Necə olmasa da, futbolda azarkeş 12-ci oyunçu hesab olunur.

Sportbox.az

 

 

Paylaş:
871

Son xəbərlər

Bütün xəbərlər