Bakıda Olimpiya stadionunda Avropa Çempionatı könüllüsünün həlak olması ilə bağlı yayılan xəbərlər öz təsdiqini tapmadı - YENİLƏNMƏ | 1news.az | Xəbərlər
Futbol

Bakıda Olimpiya stadionunda Avropa Çempionatı könüllüsünün həlak olması ilə bağlı yayılan xəbərlər öz təsdiqini tapmadı - YENİLƏNMƏ

22:15 - 10 / 05 / 2016
Bakıda Olimpiya stadionunda Avropa Çempionatı könüllüsünün həlak olması ilə bağlı yayılan xəbərlər öz təsdiqini tapmadı - YENİLƏNMƏ

Mayın 10-da Azərbaycanın bir sıra KİV-ində Bakıda Olimpiya stadionunda Avropa Çempionatı könüllüsünün həlak olması ilə bağlı xəbərlər yayılıb.

1news.az-ın verdiyi xəbər görə, heç bir mənbə göstərilmədən yayılan xəbərlərə əsasən, Orxan Şirinov adlı 18 yaşlı gənc – guya ki, U-17 Avropa Çempionatı könüllüsü Bakıda Olimpiya stadionunda Azərbaycan-Portuqaliya oyunu zamana evə qayıdarkın faciəvi şəkildə həlak olub.

Belə ki, hadisə O.Şirinovun “Koroğlu” metrosundan yolu “kəsmə keçərək” stansiyanın hasarına çıxması və oradan beton plitələrin arasına düşməsi nəticəsində baş verməsi bildirilir.

Lakin bu məlumatın düzgünlüyü şübhə yaradır. 1news.az hadisə ilə bağlı lazımi  qurumlarla müraciət etdi. İlk olaraq Sabunçu rayon Polis bölməsinə (Olimpiya stadionu və qəddar hasar həmin ərazidə yerləşir), daha sonra Fövqəladə Hallar Nazirliyi (FHN) və Sabunçu ərazisində yerləşən 3 saylı Kliniki Xəsətxanaya (faciə baş verən əraziyə ən yaxın xəstəxana) müraciət etdi.

Beləliklə, istər Sabunçu rayon Polis bölməsində, istərsə də FHN-də nə Orxan, nə də başqa adda bir şəxsin, ümumilikdə Olimpiya stadionunda baş verən belə bir hadisə daxil olmadığı bildirildi. Uyğun olaraq hadisə ilə bağlı heç bir araşdırma da aparılmır.

3 saylı şəhər Kliniki xəstəxanasında da bu ad və soyadda heç bir zərərçəkmişin qeydə alınmadığı bildirildi.  

Bundan əlavə, AFFA-dan məlumat verildi ki, Orxan Şirinov adlı Azərbaycan-Portuqaliya oyunu zamanı könüllünün olmayıb.  

Lakin həmsöhbətin sözlərinə görə, əgər hadisə stadion və onun hüdudlarında baş verərdisə, o zaman stadion administrasiyası bu cür sağlamlıq üçün təhlükəli şəraitə yol verməzdi.  

Ümid edirik ki, əgər bu cür hadisə veribsə də, zərərçəkən yüngül və həyatı üçün təhlükəli olmayan xəsarətlərlə xilas olub.

Bütün hallarda, azarkeşlərdən kəsmə yolla gedərək, eləcə də vaxta qənaət etmək məqsədilə həyatlarını təhlükəyə atmamağa çağırırıq.

Bununla yanaşı, O.Şirinova məxsus Facebook sosial şəbəkəsindəki profilə əsasən qeyd edək ki, ehtimal edilən gənc vəfat edib. Lakin, Facebook-da Orxana məxsus son paylaşım aprelin 30-da, yəni hadisədən çox əvvəl yazılıb.  

Bundan əlavə, sosial şəbəkədə yazılanlardan Orxanın dayısı hesab edilən Samir Yadigarov ­öz profilində Şirinovun həlak olduğunu bildirir.

Yadigarovun yazdığına görə, Orxan Olimpiya stadionundan gələrkən körpüdən yıxalaraq həlak olub.

Mövzunu izləyirik və oxucuları yeni faktlarla məlumatlandırmaqda davam edəcəyik. 

1news.az

Paylaş:
1101

Sizin üçün xəbərlər

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər