AFFA prezidenti və nazir milli komanda ilə görüşüb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində Şotlandiya komandasına 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və gənclər və idman naziri Azad Rəhimov paltardəyişmə otağında yığmamızın üzvləri ilə görüşüb.
1news.az-ın məlumatına görə, R.Abdullayev və A.Rəhimov qələbə münasibətilə futbolçularımızı təbrik edib, ilk oyundakı böyükhesablı məğlubiyyətdən sonra özündə güc taparaq əzmkar mübarizə aparan, psixloji çətinliklərin öhdəsindən uğurla gələrək növbəti oyunlarda bir heç-heçə və bir qələbə əldə edən yığmamıza təşəkkür edib, gələcək turnirlərdə uğurlar arzulayıblar.
1news.az
881