“The National Interest”: ATƏT-in Minsk qrupuna daxil olan üçlük ölkələr istəyərsə işğalçıya təsir göstərə bilər
ATƏT-in danışıqlar prosesinə vasitəçilik etdiyi və sülh yaratmaq missiyasını üzərinə götürdüyü postsovet məkanındakı digər münaqişələrdə olduğu kimi, Dağlıq Qarabağ sülh prosesi də uğursuzluqla nəticələnməkdədir, bu haqda Amerikanın “The National Interest” nəşrində dərc olunub.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı analitiki, “Caucasus International” junalının baş redaktoru Azad Qəribovun “Nə üçün ATƏT Dağlıq Qarabağda sülh yaratmaqla bağlı uğursuzluğa düçar olmada davam edir” adlı məqalədə qeyd olunur ki, Ermənistanın kompromissiz mövqeyi münaqişənin həllinin uzanmasında ən əsas səbəb olsa da, ATƏT-in Minsk qrupunun münaqişənin həllinə yanaşmasında da kifayət qədər çatışmazlıqlar mövcuddur ki, bu çatışmazlıqlar sülh prosesi ətrafında qüvvələri səfərbər etmək və prosesi sürətləndirməyin qarşısını alır.
Müəllif vurğulayır ki, ilk öncə qeyd edilməlidir ki, ATƏT hökumətlərarası təşkilatdır və qurumun istənilən qərarı bütün üzv dövlətlər, xüsusən də qərarın aid olduğu ölkə tərəfindən təsdiqlənməlidir. “Deməli istənilən üzv dövlət ATƏT-in qərarları üzərində veto hüququna malikdir. Məhz bu struktural çatışmazlıq nəticəsində, ATƏT-in Lissabon Sammiti zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıyan “Üç prinsip” 54 üzv dövlətin 53-nün dəstəyini qazanmasına baxmayaraq Ermənistanın vetosu nəticəsində yekun akta daxil edilməmişdir ”, - deyə müəllif qeyd edir.
Sırf Minsk qrupunun fəaliyyəitinə dair çatışmazlıqlara gəldikdə isə, müəllifin fikrincə, ən böyük problem qurumun münaqişə tərəflərini heç birini narazı salmamsı üçün neytral qalmağa çalışmasıdır. Belə ki, qurumun təmsilçiləri iddia edir ki, Ermənistanı işğalçı dövlət elan etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yertirməyə çağırmaq Minsk qrupunun ermənilərin gözundəki etibarına zərbə vura bilər. SAM-ın əməkdaşı qeyd edir ki, nəzər almaq lazımdır ki, neytrallıq heç də obyektivlik anlamına gəlmir və tərəfsizliyi ədalət prinsipindən ustün tutmaq sona qədər davam edə bilməz.
“Lakin ATƏT-in bu suni bitərəflik oyunu nəticəsində həmsədrlər münaqişəyə birmənalı qiymət verməkdən çəkinir, Bakı və ya İrəvanda olmaqlarından asılı olaraq müxtəlif mənalı və bir-birinə zidd bəyanatlar verirlər. Lakin işğalçını cəzalandırmaq üçün sərt mövqe nümayiş etdirmək ehtiyacı yarandıqda, Minsk qrupu münaqişə tərəflərinin özlərinin həll varinatı barədə razılığa gəlməli olduqlarını və qurumun iki dövlət arasında əldə ediləcək istənilən razılaşmanı dəstəkləyəcəklərini bəyan edirlər”, - o, qeyd edir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində zərbə vuran digər bir amildir kimi, müəllif ATƏT-in Minsk qrupu həmsədr-ölkələrin münaqışənin həllində kifayət qədər maraqlarının olması və nəticə etibarilə üzərlərinə öhdəlik götürməkdən yayınmalarına diqqəti cəlb edir.
“Həmsədrlər regiona səfər edərkən münaqişənin həlli mexanizmini tapmaq əvəzinə, sadəcə olaraq tərəflər arasında gərginliyin azalmasına və status-kvonun qorunmasına diqqəti yönəldir ”, - o qeyd edir.
“Minsk qrupu münaqişənin nizamlanması prosesində inhisarlaşdılıb, lakin prosesin irəliləmisi üçün kifayət qədər cəhd göstərmirlər. Bu cür məsuliyyətli yanaşmanın olmaması həmsədr ölkələrin münaqişənin nizamlanması prosesinə kifayət qədər yüksək səviyyəli rəsmilər vasitəsilə cəlb edilməməsində özünü göstərir”, - materialda qeyd olunur.
Məqalənin müəllifi əmindir ki, çoxlu sayda yüksəkrütbəli diplomat və siyasətçilərin buraya cəlb edilməsi münaqişənin sülh yolu ilə nizamlanması prosesini tezləşdirə bilər. Beynəlxalq ictimaiyyətin yüksək səviyyədə cəlb edildiyi danışıqlar, misal üçün ABŞ prezidenti Corc Buşun iştirakı ilə 2001-ci ildə Ki-Uest kimi danışıqlar vacibdir, belə ki, aşağıprofilli diplomatiya uğursuzluqla nəticələndiyi müşahidə edilməkdədir.
“Tarix göstərir ki, böyük dövlətlər maraq göstərərsə və üzərlərinə öhdəlik götürərləsə, o zaman onlar danışıqların daha effektli keçməsinə imkan yarada bilər”, - o, qeyd edir. Müəllif nümunə olaraq göstərir ki, Yuqoslaviyada dağılması zamanı ABŞ-ın yaxından iştirakı və xüsusi nümayəndənin təyin edilməsi 1995-ci ildə Deyton razılaşmasının əldə olunmasında vacib rol oynadı. Fransa prezidenti Jak Şirakın şəxsi iştirakı 1999-cu ildə Rambuye razılaşmasının əldə edilməsi zamanı oxşar rolu oynamışdı.
Nəşrin müəllifinin qeyd etdiyi kimi, əgər ATƏT Minsk qrupunun yaradılması beynəlxalq ictimaiyyətin münaqişənin nizamlanması prosesinə cəlb edilməsini nəzərdə tuturdusa, hazırda qrup ATƏT-in deyil, həmsədrliyi həyata keçirən üç dövlətin yanaşmasını təmsil etməkdədir. ATƏT-in sülh prosesi ezərində demək olar ki, heç bir təsiri görünmür və üçlük (Rusiya, ABŞ və Fransa) sülh proseinə tamamilə nəzarət edir.
Materilada həmçinin qeyd olunur ki, bu üç ölkə ən zəngin və yaxşı təşkilatlanmış erməni diasporunun vətənidir və diaspora bu dövlətlərin sülh prosesinə və münaqişə tərəflərinə dair mövqeyinə təsir göstərə bilir. Müəllif vurğulayır ki, unutmamalıyıq ki, 1992-ci ildə erməni diasporası “Azadlığa dəstək aktı”na 907-ci düzəliş vasitəsilə ABŞ-ın Azərbaycana birbaşa maliyyə yarıdımın qarşısını aldı və yaxıud 2010-cu ildə ABŞ presidentinin Azərbaycana səfir göndərmək istədiyi namizədin təyinatına mane oldu.
“Həqiqətdə, Minsk qrupunun üç həmsədri aparıcı qlobal güc mərkəzləridir (, Fransa qeyi-rəsmi olaraq Aİ-ni təmsil etdiyini qəbul etsək). Beləliklə, kifayət qədər geosiyasi çəkiyə malik bu ölkələr istəyərsə işğalçıya təsir göstərə bilər ki, o da kompromisə getsin. Nəticə etibarilə, bu, uzun zamandır gözlənilən və çox gecikmiş sülh prosesinə gətirib çıxara bilər”, - müəllif qeyd edir.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas danışıqlar platformasıdır. Lakin həmsədrlərin bütün səylərinə bamayaraq münaqişə 20 ildən artıqdır ki, həll olunmayaraq qalır.
Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycanın 20% ərazisi erməni silahlı qüvvələrinin işğalı altındadır.
Erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılması üçün Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətmanısini irəli sürür ki, erməni tərəfi bunlara məhəl qoymamaqda davam edir.
Nəşrin orijinal mətni ingilis dilində:
Why the OSCE Keeps Failing to Make Peace in Nagorno-Karabakh - The National Interest
1news.az