Xorvatiyada kiçik təyyarə qəzaya uğradı: 4 nəfər həlak olub
Xorvatiyanın İstriya yarımadasının cənubunda yerləşən Medulin şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, İstriya Polis İdarəsinin yaydığı məlumata görə, hadisə Medulin hava limanı yaxınlığında baş verib. Qəza yerinə çoxsaylı xilasedici qruplar, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Polis qəza nəticəsində 4 nəfərin həlak olduğunu təsdiqləyib və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Qəzaya uğrayan təyyarə Avstriyadan Xorvatiyaya uçurmuş və Medulin hava limanına eniş etməli imiş.
56












