DGK-dan onlayn sifariş edənlərə tövsiyə: Məhsulların tərkibinə diqqət yetirin - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

DGK-dan onlayn sifariş edənlərə tövsiyə: Məhsulların tərkibinə diqqət yetirin - VİDEO

First News Media17:16 - Bu gün
DGK-dan onlayn sifariş edənlərə tövsiyə:  Məhsulların tərkibinə diqqət yetirin - VİDEO

Arıqlama çayları və kofeləri, dərman preparatları, qida əlavələri kimi məhsulları internet üzərindən sifariş edərkən onların tərkibinə diqqət yetirilməsi tövsiyə olunur.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edib:

“Araşdırmalar göstərir ki, bu qəbildən olan bəzi məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış, güclü təsirə malik - sibutramin, preqabalin və qabapentin maddələri mövcuddur.

Xatırladaq ki, bu növ məhsullar sağlamlığınız üçün təhlükə yaratmaqla yanaşı, onların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi hüququ məsuliyyət də yaradır,”- Komitədən bildirilib.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər