300 mindən çox şagird monitorinqə cəlb olunacaq | 1news.az | Xəbərlər
Siyasət

300 mindən çox şagird monitorinqə cəlb olunacaq

15:31 - Bu gün
300 mindən çox şagird monitorinqə cəlb olunacaq

Ölkə üzrə 4-cü və 6-cı sinif şagirdləri arasında 300 mindən çox təhsilalanın iştirakı ilə monitorinq keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 13 552 şagirdin kompüter əsaslı qiymətləndirmədə iştirakı nəzərdə tutulur və bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək.

Qeyd olunur ki, monitorinqlər şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilir.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər