Bu ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsinə təbii qaz verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsinə təbii qaz verilib

20:58 - 12 / 05 / 2016
Bu ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsinə təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

1news.az-ın sözügedən quruma istinadən verdiyi xəbərə görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə cari ilin yanvar-aprel ayları ərzində 2208 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 138 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsi qazlaşdırılıb.

1news.az

 

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər