Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edildi – FOTO | 1news.az | Xəbərlər
İdman

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edildi – FOTO

21:36 - 12 / 05 / 2016
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edildi – FOTO

12-22 may 2017 – ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və Oyunların brendinin təqdimat mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, təqdimat mərasimində loqonun Azərbaycanlı dizaynerlər qrupu tərəfindən hazırlandığı diqqətə çatdırılıb. Bildirilib ki, loqo İslam dövlətlərinin tarixi, irsi və mədəniyyəti özündə bilrləşdirib. 

Yeni Bakı 2017 brendinin əsas mövzusuna gəldikdə isə, burada əksər müsəlman dövlətlərinə xas olan zəngin mədəni ənənənin tərkib hissəsi olaraq xalçaçılığın müasir təsviri yer alıb. Brenddə İslam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə edilib.

Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib.

Bu, İslam mədəniyyətinin və İslam Həmrəyliyi Oyunlarında keçirilən idman tədbirlərinin müasir təsviridir.

Qeyd edək ki,  dizayn biletlər, uniformalar üzərində əks etdiriləcək və Oyunlarla bağlı satılan əşyalar və məkanlar üçün yenidən təfsir olunacaq.

Onu da bildirək ki, yeni brend Bakı 2017-nin yenilənmiş rəsmi internet saytının istifadəyə verilməsi çərçivəsində hazırlanıb.

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının yeni brendi ilə daha yaxından tanış olmaq və Oyunlar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı internet saytına daxil ola bilərsiniz: www.baku2017.com

1news.az

 

Paylaş:
2026

Son xəbərlər

Bütün xəbərlər