İlk dəfə olaraq FİFA-nın baş katibi postuna qadın seçilib
FİFA-nın 66-cı konqresində tarixi qərar qəbul edilib. Toplantıda qurumun baş katibi ilk dəfə olaraq qadın seçilib.
Seneqal Futbol Federasiyasını təmsil edən Fatma Samba Diuf Samur ali futbol qurumunun ilk qadın baş katibi olacaq.
FİFA prezidenti Canno İnfantino bu seçimi mütərəqqi addım kimi dəyərləndirib: “Biz gender bərabərliyi baxımından əla qərar verdik. Üstəlik bu xanım keçmişin yox, gələcəyin təmsilçisidir. Düşünürəm ki, çox mütərəqqi seçim və təyinat oldu”.
Qeyd edək ki, FİFA-nın əvvəlki baş katibi Jerom Valke onun ünvanına vəzifə öhdəliklərini ədalətsiz yerinə yetirməklə bağlı ittihamlardan sonra işdən kənarlaşdırılıb.
BBC Russian
764