Avstraliya polisi İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istəyən qrupun üzvlərini həbs edib | 1news.az | Xəbərlər
Dünya

Avstraliya polisi İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istəyən qrupun üzvlərini həbs edib

11:27 - 15 / 05 / 2016
Avstraliya polisi İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istəyən qrupun üzvlərini həbs edib

Avstraliya polisi İŞİD-ə qoşulmaq üçün Suriyaya getməyə hazırlaşan beş nəfər Melburn sakininə qarşı terrorizm fəaliyyəti ilə məşğul olmaq haqda ittiham irəli sürüb.

Bu barədə məlumat verən federal polisin nümayəndəsi bildirib ki, ittiham mayın 16-da Kvinslend ştatının Kerns şəhərində keçiriləcək məhkəmə iclasında elan ediləcək.

Hazırda 21 yaşdan 35 yaşadək olan həmin şəxslər həbs olunublar. Onların sırasına əslən İtaliyadan olan Musa Serantonio, Şeydon Torn, Avstraliya və Türkiyə vətəndaşlığına malik Kadir Kaya, Antonio Qrenata və adı bildirilməyən bir gənc oğlan daxildir.

Avstraliyanın hüquq-mühafizə orqanları bu şəxslərin ekstremistlərlə əlaqədə olmasından artıq uzun müddətdir ki, şübhələnirdi və buna görə də onların xarici pasportları müsadirə olunmuşdu.

Qrup üzvlərinin ölkəni qeyri-qanuni yolla tərk etmək üçün kiçik kater aldığı və onu Keyp-York adasına apardıqları bildirilir. Onlar məhz buradan İndoneziyaya getmək və oradan Suriyaya yollanmağı planlaşdırırmışlar. Lakin ötən həftənin əvvəllərində polisin onları həbs etməsi bu planın reallaşmasının qarşısını alıb.

Həbs edilənlər təqsirli bilinəcəyi təqdirdə onları ömürlük məhbusluq gözləyir.

Avstraliya federal hökumətinin bildirdiyinə görə, hazırda İraqda və Suriyadakı ekstremist qrupların sıralarında təqribən 110 Avstraliya vətəndaşı döyüşür.

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər