İyundan “AirCairo” şirkəti Bakıdan Şarm əl Şeyxə birbaşa reys açacaq
İyun ayından etibarən Bakıdan Şarm əl Şeyxə birbaşa təyyarə reysi açılacaq.
1news.az-ın verdiyi xəbərə görə, bunu Bakıda keçirilən mətbuat konfransında Misirin “AirCairo” şirkətinin rəsmi nümayəndəsi Fathi Attia bildirib.
F.Attianın sözlərinə görə, birbaşa reys hələlik həftədə bir dəfə həyata keçiriləcək. Bu sahədə əməkdaşlıq inkişaf etdikcə, reyslər başqa şəhərlərə də reallaşdırıla bilər. Uçuş saatı təxminən 4 saat təşkil edəcək, bilet isə 350 dollar nəzərdə tutulub.
Şarm əl Şeyxdən uçuşlar (941№-li reyslə) – yerli vaxtla saat 03:00-da, Bakıya Heydər Əliyev Beynəlxalq hava limanına eniş isə 09:30-da olacaq.
Bakıdan (942№-li reyslə) uçuş saat 10:30-da, Şarm əl Şeyxə eniş isə yerli vaxtla saat 11:00-da olacaq.
Birbaşa reyslər 2016-cı ilin iyunun 3-dən oktyabrın 29-na qədər həyata keçiriləcək.
1news.az