Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov mayın 20-də Cəlilabadda vətəndaşları qəbul edəcək.
1news.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon və şəhər sakinləri iştirak edəcək.
Qəbul Heydər Əliyev Mərkəzində, saat 11:00-da başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdır.
1news.az
669